07 may 2012-ci il tarixdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 89-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
09 may 2012-ci il tarixdə Tərtər rayonunda yeni müasir tələblərə cavab verə bilən Beton zavod istifadəyə verilmişdir. Zavodun açılışında rayon İcra Hakimiyyətinin başçısı və ictimaiyyət iştirak etmişdir.
Tərtər rayonunda Heydər Əliyevin anadan olmasının 89 –cu ildönümü və Gül Bayramı münasibəti ilə konsert proqramı keçirilmişdir.
04 may 2012-ci il tarixdə Şuşanın Erməni silahlıları tərəfindən işğalının 20 illiyi ilə bağlı Tərtər rayonunda da anım mərasimi keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında qarşıya qoyulan vəzifələr Tərtər Rayon İcra Hakimiyyəti başçısı yanında keçirilən şura iclasında geniş müzakirə olunmuşdur.