Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan hərbi qulluqçular

Şəhid Lalayev Ruslan Akif oğlu

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, kiçik çavuş Lalayev Ruslan Akif oğlu 1994-cü il fevral ayının 17-də Tərtər rayonunun Səhləbad kəndində anadan olub.

Ruslan Lalayev 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhid Səhləbad kənd qəbiristanlığında torpağa tapşırılıb. 

Şəhid Lalayev Ruslan Akif oğlu döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli “Rəşadət” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Şəhid İbrahimov Elnur Səxavət oğlu

Azərbaycan Silahlı Qüvvələrinin baş giziri İbrahimov Elnur Səxavət oğlu 1990-cı il noyabr ayının 13-də Tərtər rayonunun Qaradağlı kəndində anadan olub.

Elnur İbrahimov 19 sentytabr 2023-cü il tarixdə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhid Qaradağlı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhid İbrahimov Elnur Səxavət oğlu döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli “ Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda" medalı ilə təltif olunub.

Şəhid Abbaszadə Emin Faiq oğlu

Emin Abbaszadə 1998-ci il may ayının 15-də Tərtər rayonunun Kəngərli kəndində anadan olub.

Azərbaycan Silahlı Qüvvələrinin giziri Emin Abbaszadə 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhid Kəngərli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhid Abbaszadə Emin Faiq oğlu döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.

Şəhid Səfərov Cavid Rövşən oğlu

Cavid Səfərov 2005-ci il yanvar ayının 24-də Tərtər rayonunun Seydimli kəndində anadan olub.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Cavid Səfərov 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhid Seydimli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhid Səfərov Cavid Rövşən oğlu döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Şəhid Vəlizadə Rəşad Elşən oğlu

Rəşad Vəlizadə 1999-cü il aprel ayının 7-də Tərtər rayonunun Evoğlu kəndində anadan olub.

Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət keçən əsgəri Rəşad Vəlizadə 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror təbriləri zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhid Evoğlu kənd qəbiristanlığında dəfn edilib.

Şəhid Vəlizadə Rəşad Elşən oğlu döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Şəhid Ağayev Kənan Vahid oğlu

Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət keçən əsgəri Ağayev Kənan Vahid oğlu 2002-ci il sentyabr ayının 9-da Oğuz rayonunun Xalxal kəndində anadan olub, əslən Tərtər rayonunun Çardaqlı kəndindəndir.

2023-cü il sentyabr ayının 19-da Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhid Oğuz rayonu, Xalxal kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhid Ağayev Kənan Vahid oğlu döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Keçidlər