Apellyasiya Şurası
Tərtər Rayon İcra Hakimiyyətinin Apellyasiya Şurasının
tərkibində dəyişikliyin edilməsi barədə
“Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2016-cı il tarixli 762 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısının 09 fevral 2016-cı il tarixli, 21 nömrəli sərəncamı ilə rayon İcra Hakimiyyətinin Apellyasiya Şurası yaradılmış, 26 sentyabr 2019-cu il tarixli, 135 nömrəli sərəncamı ilə komissiyanın tərkibində dəyişiklik edilmişdir.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19.09.2025-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 03.02.2016-cı il tarixli 762 nömrəli Fərmanında dəyişiklik edilmişdir.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının “Apellyasiya Şurasının tərkibində dəyişiklik edilməsi haqqında” sərəncamından ötən müddət ərzində komissiya üzvlərindən işdən çıxan, vəzifəsini dəyişənlər olmuş və komissiyanın yeni tərkibinin təsdiq edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin 19.09.2025-ci il tarixli Fərmanının icrasını təmin edilməsi və Tərtər Rayon İcra Hakimiyyəti başçısının Apellyasiya Şurasının tərkibində dəyişiklik edilməsi məqsədilə
QƏRARA ALIRAM:
1. Rayonda sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin və dövlət
qulluğuna qəbulla bağlı namizədlərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və
obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan
maraqlarının müdafiəsi üçün aşağıdakı tərkibdə Tərtər Rayon İcra Hakimiyyətinin
Apellyasiya Şurasının yeni tərkibi təsdiq edilsin:
Şuranın sədri:
Umudov Elvin Natiq oğlu Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini
Şuranın üzvləri:
Əliyev Fizuli Bayram oğlu Tərtər RİHB aparatının Ərazi-təşkilat və ictimai-
siyasi məsələlər şöbəsi müdirinin müavini-Ərazi-təşkilat məsələləri sektorunun müdiri
Səfərov Murad Əli oğlu Tərtər RİHB aparatının Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsi müdirinin müavini- Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müdirPaşayev Zabil Şahin oğlu Tərtər RİHB aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri
Qasımov Şakir Firidun oğlu Tərtər RİHB aparatının Sosial-iqtisadi və
memarlıq-tikinti məsələləri şöbəsinin Memarlıq-tikinti məsələləri sektorunun böyük məsləhətçisi
Murtuzayev Pərviz Nüsrət oğlu Tərtər RİHB aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun böyük məsləhətçisi İsayev Çingiz İbrahim oğlu Tərtər RİHB aparatının Hüquq və kadr məsələləri sektorunun məsləhətçisi
2. Apellyasiya Şurasına tapşırılsın ki, rayonda sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin və dövlət qulluğuna qəbulla bağlı namizədlərin şikayətlərinəbaxılması sahəsində şəffaflığı və obyektivliyi təmin etsin.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı: Müstəqim Məmmədov
Düzdür:
Tərtər RİHB aparatının Sənəd
dövriyyəsi, vətəndaş müraciətləri
və inzibati işlər şöbəsinin müdiri: Kənan Mehdiyev






