Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Şəhidləri

      Əliyev Anar Vaqif oğlu (polkovnik-leytenant)

28 avqust 1980-ci ildə Kəlbəcər rayonunun Boyaqlı kəndində müəllim ailəsində dünyaya göz açmışdır. Valideynlərinin iş yeri ilə əlaqədar keçmiş  Ağdərə rayonunun  Göyarx kəndinə köçmüşdür. 1988-ci ildə Qarabağ müharibəsi başlamışdır. Bu zaman Anar Əliyevin ailəsi hücumlardan başlayan deportasiyalar nəticəsində Tərtər rayonunun Bəyimsarov kəndinə köçmüşdür.

Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, USTA dərəcəli hərbi qulluqçu, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsinin Komandiri Anar Vaqif oğlu Əliyev 2018-ci ilin may ayında Şərur rayonunun Günnüt kəndində baş tutan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun əks-hücum əməliyyatı nəticəsində Günnüt kəndi işğaldan azad olunması əməliyyatında yaxından iştirak etmiş və fərqlənmişdir.

Anar Əliyev 11 oktyabrdan iştirak etdiyi 2020-ci ilin 27 sentyabrından başlanan İkinci Qarabağ müharibəsində Zəngilanın, Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 21 oktyabr tarixində Şuşanın başlanğıcında, Xocavəndin Tuğ kəndində gedən döyüşlərdə hərbi həkim, leytenant Adil Əfəndiyev ilə birlikdə şəhid olmuşdur. Oktyabır ayının 25-də II Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır. Anar Əliyevin də rəhbərliyi altında baş verən bu döyüş Şuşaya girişi asanlaşdırmışdır.

Sağlığında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə "Vətən uğrunda", Azərbaycan Respublikası Prezidenti adından Müdafiə nazirinin əmri ilə "Şücaətə görə", Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001), Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008), Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013), “Hərbi xidmətdə fərqlənməyə görə” 1-ci və 2-ci dərəcəli, “Qüsursuz xidmətlərə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla təltif olunmuşdur.

Polkovnik-leytenant Anar Əliyevə ölümündən sonra isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ən yüksək fəxri ad – “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş və “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Şəhidin adının əbədiləşdirilməsi məqsədi ilə Tətər şəhərinin mərkəzi küçələrindən birinə Anar Əliyevin adı verilmişdir.


Hüseynov Aslan Malik oğlu

   1985-ci il oktyabrın 6-da Tərtər rayonunun Qaradağlı kəndində anadan olub.

Azərbaycan Ordusunun giziri olan Aslan Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aslan Hüseynov sentyabrın 30-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Tərtər rayonunun Qaradağlı kəndində dəfn olunub.

Vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün  sağlığında "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı, “Azərbaycan Ordusunun 100 illiyi” və “Şücaətə görə” medalları ilə təltif olunmuşdur. 2020-ci ildə Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarıına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni və  "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə”  medalları ilə təltif edilib.

Şəhidin adının əbədiləşdirilməsi məqsədi ilə Tətər şəhərinin mərkəzi küçələrindən birinə Aslan Hüseynovun  adı verilmişdir.

Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı.


Şahbazov Ruslan Mahir oğlu

Ruslan Şahbazov 1991-ci il iyulun 14-də Tərtər rayonunun Ələsgərli kəndində anadan olub. Əslən Laçın rayonunun Mayis kəndindən olan Ruslan Azərbaycan Ordusunda  gizir kimi xidmət edirdi.  2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək sentyabrın 29-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Tərtər rayonunun Ələsgərli kəndində dəfn olunub.

Vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün  sağlığında "Hərbi xidmətlərə görə" və "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" medalları ilə təltif olunmuşdur. Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarıına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Suqovuşanın azad olunmasına görə” və  "Vətən uğrunda" medalları ilə təltif edilib.

Şəhidin adının əbədiləşdirilməsi məqsədi ilə Tətər şəhərinin mərkəzi küçələrindən birinə Ruslan Şahbazovun  adı verilmişdir.

Məmmədli Sənan Səlim oğlu

Sənan Məmmədli 1997-ci il sentyabr ayının 14-də Tərtər rayonunun Qaradağlı kəndində anadan olub.

Azərbaycan Ordusunun leytenantı olan Sənan Məmmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sənan Məmmədli oktyabrın 19-da Füzuli döyüşləri zamanı şəhid olub. Tərtər rayonunun Qaradağlı kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sənan Məmmədli ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə"  medalları ilə təltif edilib.

Qənbərli Qənbər Bəhruz oğlu

Qənbər Qənbərli 1993-cü il sentyabrın 10-da Tərtər rayonunun Kəngərli kəndində anadan olub.

Azərbaycan Ordusunun baş leytenantı olan Qənbər Qənbərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Qənbər Qənbərli sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 22 may 2021-ci ildə nəşi tapılıb və ailəsinə təhvil verilib.

Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub.

Sağlığında  "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif olunmuş qəhrəman baş leytenantımız Qənbər Qənbərli Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölümündən sonra 3 dərəcəli “Rəşadət” ordeni, "Vətən uğrunda", "Şücaətə görə" və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Ailəliydi. Bir övladı yadigar qaldı.

Şəmilov Azər Elyas oğlu

Azər Şəmilov 1971-ci il avqustun 13-də Tərtər rayonunun Qapanlı kəndində anadan olub. 1991-1994-cü illərdə Birinci Qarabağ müharibəsində savaşan qəhrəman döyüçümüz 1994-2000-ci illərdə Azərbaycan Tibb Universitetində (ATU) ali təhsil alıb.

Azərbaycan Ordusunun tibb xidməti leytenantı olan Azər Şəmilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın və Talışın azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb.

Azər Şəmilov oktyabrın 14-də Talış kəndinin azad olunması uğrunda  gedən döyüşlər zamanı şəhid olub. Bərdə rayonunun Kələntərli kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarıa əsasən Azər Şəmilov ölümündən sonra 3-cü dərəcəli “Rəşadət ordeni,  "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə"  və "Hərbi xidmətlərə görə"  medalları ilə təltif olunub.

Ailəli idi. 2 övladı yadigar qaldı.

Hacıyev Qubad Cəmil oğlu

Qubad Hacıyev 1988-ci il may ayının 19-da Tərtər şəhərində anadan olub.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Qubad Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qubad Hacıyev sentyabrın 27-də Ağdərə istiqamətində şəhid olub. Yevlax rayonunun Nəmirli kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Qubad Hacıyev ölümündən sonra "Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə” və  "Laçının azad olunmasına görə"  medalları ilə təltif edilib.

Məhərzadə Taleh Oktay oğlu

Taleh Məhərzadə 10.12.1995-ci ildə Tərtər rayonunun Qaynaq kəndində anadan olub.

Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu Taleh Məhərzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Talış kəndinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Taleh Məhərzadə sentyabrın 28-də Talış kəndi  istiqamətində şəhid olub. Tərtər rayonunun Qaynaq kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Taleh Məhərzadə ölümündən sonra "Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə” və  "Laçının azad olunmasına görə"  medalları ilə təltif edilib.

Qasımov Azər Yaqub oğlu

Azər Qasımov 1979-cu il dekabr ayının 2-də Tərtər rayonunun Yenikənd kəndində  anadan olub.

Azər Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azər Qasımov oktyabrın 29-da Ağdərə istiqamətində şəhid olub. Tərtər rayonunun Yenikənd kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Azər Qasımov sağlığında "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)", ölümündən sonra "Vətən uğrunda" və  “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Ailəli idi 4 övladı yadigar qalıb.

Hüseynov Eşqin Cəsarət oğlu

Eşqin Hüseynov 1998-ci ilin 20 yanvar günündə Tərtər rayonun Hüsənli kəndində anadan olub.

Sentyabr ayının 27-də Vətən müharibəsi başladığı gündən ön cəbhədə xidmət etmişdir. Eşqin Hüseynov Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə artilleriya-topçu vəzifəsində iştirak etmişdir. 29 sentyabr tarixində son damla qanına qədər vuruşaraq başından aldığı güllə yarasından şəhid olmuşdur. Tərtər rayonunun Hüsənli kəndində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Eşqin Hüseynov ölümündən sonra "Vətən uğrunda", “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Aslanov Xəyal Qüdrət oğlu

Xəyal Aslanov 1994-cü il martın 5-də Tərtər rayonunun Çardaqlı kəndində anadan olub.

Azərbaycan Ordusunun giziri olan Xəyal Aslanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal Aslanov sentyabrın 28-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Tərtər rayonunun Sarıcalı kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Xəyal Aslanov ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Suqovuşanın azad olunmasına görə",  "Laçının azad olunmasına görə"  medalları ilə təltif olunub.

Əzizov Ayşad Qaryağdı oğlu

Ayşad Əzizov 1990-ci il sentyabr ayının 5-də Tərtər rayonunun Əskipara kəndində anadan olmuşdur.

Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu Ayşad Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ayşad Əzizov sentyabrın 29-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Tərtər rayonunun Əskipara kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Ayşad Əzizov ölümündən sonra "Vətən uğrunda", “Laçının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Ailəli idi 2 övladı yadigar qalıb.

Əliyev Elməddin İlqar oğlu

Elməddin Əliyev 1985-ci il iyulun 2-də Tərtər rayonunun Yuxarı Qapanlı kəndində anadan olub.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Elməddin Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elməddin Əliyev sentyabrın 29-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Tərtər rayonunun Yuxarı Qapanlı kəndində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Elməddin Əliyev ölümündən sonra "Vətən uğrunda", “İgidliyə görə” və  "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Hüseynov Anar Rəhim oğlu

Anar Huseynov 1997-ci ilin yanvar ayının 9-da Tərtər şəhərində doğulub.

Qəhrəman döyüşçü Anar Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Anar Hüseynov sentyabrın 30-da Ağdərə döyüşləri zamanı şəhid olub. Bərdə şəhərində Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Anar Hüseynov ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə medalları ilə təltif olunmuşdur.

Hacıyev Rüstəm Firqani oğlu

Rüstəm Hacıyev 1999-cu ilin sentyabr ayının 22-də Tərtər rayonunun Yuxarı Qapanlı kəndində anadan olmuşdur.

Azərbaycan Ordusunun əsgəri olan Hacıyev Rüstəm 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hacıyev Rüstəm sentyabrın 29-da Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.Tərtər rayonu Yuxarı Qapanlı kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Rüstəm Hacıyev ölümündən sonra “Hərbi xidmətlərə görə”, "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.

Məmmədov Taleh Arif oğlu

Taleh Məmmədov 1999-cu ilin yanvar ayının 1-də Tərtər rayonunun Hüsənli kəndində anadan olmuşdur.

Cəsur döyüçü Taleh Məmmədov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə savaşaraq sentyabrın 30-da Tərtər-Ağdərə bölgəsində qəhrəmancasına şəhid olub. Tərtər rayonun Hüsənli kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Taleh Məmmədov ölümündən sonra "Vətən uğrunda", “İgidliyə görə”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Babazadə Mirşəmsi Elşad oğlu

Mirşəmsi Babazadə 1996-cı ilin fevral ayının 20-də  Tərtər rayonunun Mamırlı kəndində anadan olub.

Mirşəmsi Babazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə savaşaraq oktyabrın 1-də Tərtər-Ağdərə istiqamətində gedən döyüşlər zamanı qəhramancasına şəhid olub. Tərtər rayonunun Mamırlı kəndində dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Mirşəmsi Babazadə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Mirzəli Rəşad Hafiz oğlu

Rəşad Mirzəli 1995-ci ilin  may ayının 26-da Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olub.

Azərbaycan Ordusunun giziri olan Rəşad Mirzəli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Talış və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Rəşad Mirzəli oktyabrın 1-də Suqovuşan döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Tərtər rayonunun Hacıqərvənd kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Rəşad Mirzəli ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Məmmədov Elman Bəhmən oğlu

Elman Məmmədov 1991-ci ilin avqust ayının 17-də Tərtər rayonunun Borsunlu kəndində anadan olmuşdur.

Azərbaycan Ordusunun MAHHXHQ Elman Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elman Məmmədov oktyabrın 3-də Füzuli rayon istiqamətində gedən döyüş əməliyyatlarında döyüş taşırığını yerinə yetirərəkən düşmən tərəfindən açılan atəş zamanı şəhid olub. Tərtər rayonunun Borsunlu kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Elman Məmmədov ölümündən sonra “İgidliyə görə”, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Verdiyev İsax Ədalətoviç oğlu

İsax Verdiyev 1997-ci il sentyabr ayının 21-də Tərtər şəhərində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan İsax Verdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı könüllü olaraq Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

5 oktyabr 2020-ci ildə Füzuli rayon istiqamətində düşmən üzərinə hücuma kecərkən şəhid olub. Sumqayıt şəhərində Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən İsax Verdiyev ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Evin tək övladı olan İsax Verdiyev ailəli idi bir övladı yadigar qalıb.

Şirinli Nurlan Qədir oğlu

Nurlan Şirinli 1996-cı ilin oktyabr ayının 16-da Tərtər rayonunun Sarov kəndində anadan olub.

Müharibə zamanı mexanik sürücü kimi hərbi xidmətini yerinə yetirib. Talış- Suqovuşan istiqamətində döyüş yolu keçib. İgid hərbçi oktyabrın 7-də Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olub. Tərtər rayonunun Sarov kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Nurlan Şirinli ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Hacızadə Ceyhun İfrayıl oğlu

Ceyhun Hacızadə 1992-ci il avqust ayının 16-da Tərtər rayonunun Evoğlu kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsində könüllü iştirak edib və 2020-ci il oktyabr ayının 7-də Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Ceyhun Hacızadə ölümündən sonra "Vətən uğrunda", “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Abbaslı Elnur Yaşar oğlu

Elnur Abbaslı 1992-ci il iyulun 17-də Tərtər rayonunun Köçərli kəndində anadan olub.

Elnur Abbaslı 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Elnur Abbaslı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur Abbaslı oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Tərtər rayonunun Köçərli kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Elnur Abbaslı ölümündən sonra "Vətən uğrunda", “İgidliyə görə” və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edildi.

Ailəli idi 2 övladı yadigar qalıb.

 

Ağayev İntiqam Hüseyn oğlu

İntiqam Ağayev 1998-ci il mart ayının 1-də Tərtər rayonunun Səhləbad kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan İntiqam Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İntiqam Ağayev oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən İntiqam Ağayev ölümündən sonra "Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə” və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

Aslanlı Orxan Şahmar oğlu

Orxan Aslanlı 1992-ci ilin noyabr ayının 20-də Tərtər rayonunun Səhləbad kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Orxan Aslanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Orxan Aslanlı oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Tərtər rayonunun Səhləbad kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Orxan Aslanlı ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edildi.

Bağırlı Mirsədi Mircəfər oğlu

Mirsədi Bağırlı 2000-ci ilin iyun ayının 12-də Tərtər şəhərində anadan olub.

Mirsədi Bağırlı 2020-ci ilin 17-18 avqustunda Azərbaycan–Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində Babaqar dağı istiqamətində gedən hərbi əməliyyatda savaşıb. Həmin əməliyyat nəticəsində Dövlət Sərhəd Xidmətinin mövqelərinin 1700 metr irəliyə gəlməsinə nail olunub. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Mirsədi Bağırlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Kəlbəcər istiqamətində, sonra isə Hadrutun və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mirsədi Bağırlı oktyabrın 10-da Cəbrayıl döyüşləri zamanı şəhid olub. Bərdə rayonunun Mehdixanlı kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Mirsədi Bağırlı ölümündən sonra "Vətən uğrunda",  "Döyüşdə fərqlənməyə görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Sabirli Əjdər Xanlar oğlu

Əjdər Sabirli 1996-cı ilin dekabr ayının 22-də Tərtər rayonunun Hacallı kəndində anadan olub.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Əjdər Sabirli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əjdər Sabirli oktyabrın 10-da Talış kəndi istiqamətində şəhid olub. Tərtər rayonunun Soyulan kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Əjdər Sabirli ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Məmmədov Mehdi Elçin oğlu

Məmmədov Mehdi Elçin oğlu 6 aprel 2002-ci ildə Tərtər rayonunun Sarıcalı kəndində dünyaya gəlib.

Mehdi Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Talış-Suqovuşan uğrunda gedən döyüşlərdə savaşıb. 13 okytabr 2020-ci ildə Tərtər rayonu Suqovuşan kəndi istiqamətində düşmən tərəfindən atılan artilleriya atəşi zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Məmmədov Mehdi Elçin oğlu ölümündən sonra  "Ağdamın azad olunması", "Suqovuşanın azad olunması" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Əlizadə Elşən Faiq oğlu

Elşən Əlizadə 10 avqust 1995-ci ildə Tərtər rayonunun İsmayılbəyli kəndində anadan olmuşdur.

Azərbaycan Ordusunun əsgəri olan Elşən Əlizadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elşən Əlizadə 16 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Tərtər rayonunun İsmayılbəyli  kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Elşən Əlizadə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və  "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Mənsimli İntiqam Rövşən oğlu

İntiqam Mənsimli  5 iyun 1998-ci ildə Tərtər rayonunun Kəngərli kəndində dünyaya göz açmışdır.

İntiqam Mənsimli  2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Talış-Suqovuşan uğrunda gedən döyüşlərdə savaşıb. 17 okytabr 2020-ci ildə Talış kəndi istiqamətində şəhid olub.  Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün İntiqam Mənsimli ölümündən sonra  "Suqovuşanın azad olunması", “Vətən uğrunda” və "Cəsur döyüçü" medalları ilə təltif edilib.

Quluzadə Elmin Şəmsi oğlu

Quluzadə Elmin Şəmsi oğlu 1998-ci il noyabrın 1-də Tərtər rayonunun Kəngərli kəndində anadan olub.

Suqovuşan fatehlərindən olan Elmin Quluzadə könüllü olaraq döyüşə yollanıb. Cəbhənin Ağdam və Tərtər rayonları istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edib. Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə düşmənin müdafiə xəttini yarıb, istehkamlarını məhv edib və ağır zərbələr endirib. 17 oktyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalıb. Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları  ilə təltif edilib.

Məhərrəmli Fuad Habil oğlu

Fuad Məhərrəmli 1994-cü il noyabrın 28-də Tərtər rayonunun Evoğlu kəndində anadan olub.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Fuad Məhərrəmli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fuad Məhərrəmli oktyabrın 12-də Ağdərə istiqamətində "Tülkü dərəsi" adlandırılan ərazidə şəhid olub. Tərtər rayonunun Evoğlu kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Fuad Məhərrəmli ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

İsmayıllı Şamil Kamil oğlu

Şamil İsmayıllı 1993-cü il yanvarın 4-də Tərtər rayonunun Dəmirçilər kəndində anadan olub.

2016-cı ilin 2-5 aprel tarixlərində baş verən döyüşlərdə də iştirak etmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Şamil İsmayıllı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Şamil İsmayıllı oktyabrın 20-də Suqovuşan ətrafında gedən döyüşlərdə şəhid olmuşdur. Tərtər rayonunun Dəmirçilər kəndində dəfn olunmuşdur.

Sağlığında  "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə, ölümündən sonra isə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən sağlığında "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)", ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

İsaxlı Anar Rəsul oğlu

Anar İsaxlı 1997-ci il mayın 30-da Tərtər rayonunun Cəmilli kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Anar İsaxlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində savaşıb və yaralanıb. Buna görə də qısa müddətli məzuniyyətə göndərilib. Anar İsaxlı oktyabrın 21-də Ermənistan Silahlı Qüvvələrinin Tərtər rayonunun atəşə tutması nəticəsində şəhid olub. Tərtər rayonunun Cəmilli kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Anar İsaxlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Mehdiyev Yasən Alim oğlu

Yasən Mehdiyev 2001-ci ilin iyul ayının 5-də Tərtər şəhərində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Yasən Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 24-də Füzuli rayon istiqamətində düşmən üzərinə hücuma kecərkən şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Yasən Mehdiyev ölümündən sonra "Vətən uğrunda", “Xocavəndin azad olunmasına görə” və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Məmmədli Tural Aqil oğlu

Tural Məmmədli 1998-ci il mart ayının 22-də Tərtər rayonunun Bəyimsarov kəndində dünyaya gəlib.

Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə savaşıb. Noyabrın 4-də Talış kəndi istiqamətində düşmən üzərinə hücuma kecərkən şəhid olmuşdur. Tərtər rayonunun Bəyimsarov kəndində dəfn olunub.

  Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Tural Məmmədli ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Məmmədov Səbuhi Zahid oğlu

Səbuhi Məmmədov 2000-ci ilin oktyabr ayının 17-də Tərtər rayonunun Kəngərli kəndində anadan olub.

Səbuhi Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Talış və Suqovuşan kəndlərinin azadlığı  uğrunda gedən döyüşlərdə savaşıb. Noyabrın 8-də Talış-Suqovuşan istiqamətində düşmən üzərinə hücuma keçərkən şəhid olmuşdur. Tərtər rayonunun kəngərli kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Səbuhi Məmmədov ölümündən sonra  “Cəsur döyüşçü”, “Vətən ugrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Surxayzadə Cahangir Hətəm oğlu

Cahangir Surxayzadə 1996-cı il iyun ayının 9-da Tərtər rayonunun Qaynaq kəndində anadan olub.

Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri Cahangir Surxayzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinın və Şuşanın azadlığı uğrunda döyüşüb. Cahangir Surxayzadə noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. Tərtər rayonunun Qaynaq kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Cahangir Surxayzadə ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Abbasov Elvin Şamil oğlu

Elvin Abbasov 1992-ci il may ayının 6-da Tərtər rayonunun Umudlu kəndində anadan olub.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Elvin Abbasov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Elvin Abbasov noyabrın 11-də Şuşa döyüşləri zamanı şəhid olub. Bərdə rayonunun Hacılı kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Elvin Abbasov ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Hüseynov Elnur Əhliman oğlu

Elnur Hüseynov 1990-cı ilin aprel ayının 16-da Tərtər rayonunun Kəbirli kəndində anadan olub.

Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə savaşıb. 2020-ci ilin noyabr ayının 11-də Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Tərtər rayonunun Kəbirli kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Elnur Hüseynov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, "Döyüşdə fərqlənməyə görə", "Vətən müharibəsi iştirakçısı" və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Ailəli idi 2 övladı yadigar qalıb.

Əhmədzadə Mürşüd Müdahil oğlu

Mürşüd Əhmədzadə 2000-ci il yanvar ayının 4-də Evoğlu kəndində anadan olub.

Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə savaşıb. Noyabrın 27-də Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub. Tərtər rayonunun Evoğlu kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Mürşüd Əhmədzadə ölümündən sonra “Vətən uğrunda” "Suqovuşanın azad olunmasına görə" və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Abbasov Aysənan Əsgər oğlu

Aysənan Abbasov  1992-ci ilin iyun ayının 26-da Tərtər rayonunun Seydimli kəndində anadan olmuşdur.

Aysənan Abbasov 2014-cü ilin dekabr ayının 27-də hərbi xidmətə çağırılmışdır. Hərbi xidməti başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirmişdir.

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan Aysənan Abbasov 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Aysənan Abbasov 30 sentyabr 2020-ci ildə Suqovuşan döyüşləri zamanı şəhid olmuşdur. Tərtər rayonunun Seydimli kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Aysənan Abbasov ölümündən sonra "Cəsur döyüşçü", "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ailəli idi 2 övladı yadigar qalıb.

Ələkbərli Ələkbər Ramiz oğlu

Ələkbər Ələkbərli  1991-ci ilin iyul ayının 28-də Tərtər rayonunun Köçərli kəndində dünyaya göz açmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Ələkbər Ələkbərli 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. 29 sentyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşmüşdür. Uzun müddət axtarılan Ələkbər Ələkbərlinin nəşi tapıldıqdan sonra 7 fevral 2021-ci ildə Tərtər rayonunun Köçərli kənd dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Ələkbər Ələkbərli ölümündən sonra "Vətən uğrunda" və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Cəfərov Təbriz İlqar oğlu

Təbriz Cəfərov  1995-ci ilin iyul ayının 14-də Bərdə rayonunda dünyaya göz açmışdır. Əslən keçmiş Ağdərə rayonunun Kərəmli kəndindəndir.

Azərbaycan Ordusunun əsgəri olan Təbriz Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Suqovuşan istiqamətində gedən döyüşlərdə itkin düşmüşdür. Uzun müddət nəşi tapıla bilməmişdir. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunmuşdur. Şəhidin nəşi 2021-ci ilin aprel ayının 6-da tapılaraq Bərdə Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Təbriz Cəfərov ölümündən sonra "Vətən uğrunda" və “Suqovuşanın azad olunmasına görə” medallarıı ilə təltif edilib.

 

Qəhramanlı Yaqub Abdulla oğlu

N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçusu, Yaqub Qəhrəmanlı 14 sentyabr 1993-cü ildə Tərtər rayonunun Dəmirçilər kəndində anadan olmuşdur.

Şəhid Yaqub Qəhrəmanlı Vətən müharibəsində Talış kəndi istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq uzun müddət koma vəziyyətində qalıb. Yaşat Fondunun xətti ilə uzun müddət İstanbul şəhərində İstanbul Medicana Hospitalında, İstanbul Cərrahiyə xəstəxanasında və Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibbi Hospitalında müalicə alıb. Uzun müddət komada qalan Yaqub 29.05.2021-ci il tarixdə şəhidlik zirvəsinə ucalıb. Şəhid doğulduğu Dəmirçilər kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhid Yaqub Qəhrəmanlı  44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən müharibəsi iştirakçısı", "Suqovuşanın azad olunmasına görə" və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdu.

Yaqub Qəhrəmanlının 2 yaşında oğlu yadigar qalıb.

Əhmədzadə Məftun Seymur oğlu

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, müddətdən artıq həqiqi hərbi xidmət keçən əsgər Əhmədzadə Məftun Seymur oğlu 02.02.1996-cı ildə Tərtər rayonun Evoğlu kəndində anadan olmuşdur.

11-13 sentyabr 2022-ci il tarixdə Ermənistan tərəfindən sərhəddə törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı Əhmədzadə Məftun Seymur oğlu şəhid olmuşdur. Şəhid doğulduğu Evoğlu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhid Məftun Əhmədzadə 11-13 sentyabr döyüşlərində göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.

Əliyev Mehman Sovet oğlu

Mehman Əliyev 1977-ci ilin sentyabr ayının 4-də Tərtər şəhərində anadan olub. 1991-ci ildə Tərtər rayon Uşaq Musiqi Məktəbini, 1996-cı ildə Ü.Hacıbəyli adına Ağdam Musiqi Texnikomunu qarmon ixtisasları üzrə bitirib. Tərtər rayon Uşaq Musiqi Məktəbində müəllim kimi çalışıb.

Mehman Əliyev Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərində yerləşən mülki yaşayış məntəqələrini, döyüş sahəsindən uzaqdakı mülki obyektləri ağır silahlardan atəşə tutması nəticəsində  28 sentyabr tarixində şəhid olub. Tərtərdə şəhərində dəfn olunub.

Ailəli idi. 3 övladı yadigar qalıb.

Abbasov Elşən Asif oğlu

Elşən Abbasov 1987-ci ilin oktyabr ayının 5-də Tərtər rayonunun Poladlı kəndində anadan olub.

Elşən Abbasov Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərində yerləşən mülki yaşayış məntəqələrini, döyüş sahəsindən uzaqdakı mülki obyektləri ağır silahlardan atəşə tutması nəticəsində  28 sentyabr tarixində Şıxarx qəsəbəsinə düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtər rayonunun Poladlı kəndində dəfn olunub

Ailəli idi. 2 övladı yadigar qalıb.

Abbasov Xaliq Asif oğlu

Xaliq Abbasov 1981-ci ilin iyul ayının 24-də Tərtər rayonunun Poladlı kəndində anadan olub.

Xaliq Abbasov Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərində yerləşən mülki yaşayış məntəqələrini, döyüş sahəsindən uzaqdakı mülki obyektləri ağır silahlardan atəşə tutması nəticəsində  28 sentyabr tarixində Şıxarx qəsəbəsinə düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtər rayonunun Poladlı kəndində dəfn olunub.

Ailəli idi. 2 övladı yadigar qalıb.

Əsədov Sabit Usub oğlu

Sabit Əsədov 1981-ci ilin iyul ayının 27-də Ağdam rayonunun Sırxavənd kəndində olub. Doğma kəndlərinin işğalından sonra ailəsi ilə birlikdə Tərtər rayonunun Şıxarx qəsəbəsində məskunlaşıb.

Sabit Əsədov Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərində yerləşən mülki yaşayış məntəqələrini, döyüş sahəsindən uzaqdakı mülki obyektləri ağır silahlardan atəşə tutması nəticəsində  28 sentyabr tarixində Şıxarx qəsəbəsinə düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtər  rayonunda dəfn olunub.

Ailəli idi. 3 övladı yadigar qalıb.

Mehtiyeva Ayna Məhəmmədəli qızı

Ayna Mehtiyeva 1965-ci ilin iyun ayının 20-də Tərtər şəhərində anadan olub.

Ayna Mehtiyeva Tərtər rayon Mərkəzi Xəstəxanasında xadimə vəzifəsində işləyirdi. Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərində yerləşən mülki yaşayış məntəqələrini, döyüş sahəsindən uzaqdakı mülki obyektləri ağır silahlardan atəşə tutması nəticəsində 29 sentyabr tarixində evlərinin həyətinə düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Bərdə şəhərində dəfn olunub.

İbrahimov Şahin Mahmud oğlu

Şahin İbrahimov 1987-ci ilin dekabr ayının 24-də Tərtər rayonunun Dəmirçilər kəndində anadan olub.

Şahin İbrahimov Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərində yerləşən mülki yaşayış məntəqələrini, döyüş sahəsindən uzaqdakı mülki obyektləri ağır silahlardan atəşə tutması zamanı  sentyabr ayının 30-da Səfərbərlik və hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər  rayon Şöbəsinin qarşısına düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtər rayonunun Dəmirçilər kəndində dəfn olunub.

Ailəli idi. 2 övladı yadigar qalıb.

Əliyev Müzəffər Əli oğlu

Müzəffər Əliyev 1971-ci ilin avqust ayının 27-də Tərtər rayonunun Dəmirçilər kəndində anadan olub.

Müzəffər Əliyev Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərində yerləşən mülki yaşayış məntəqələrini, döyüş sahəsindən uzaqdakı mülki obyektləri ağır silahlardan atəşə tutması zamanı  sentyabr ayının 30-da Səfərbərlik və hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər  rayon Şöbəsinin qarşısına düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtər rayonunun Dəmirçilər kəndində dəfn olunub.

Ailəli idi. 3 övladı yadigar qalıb.

Həsənov Zabil Məhəmməd oğlu

Zabil Həsənov 1983-cü ilin iyun ayının  1-də Kəlbəcər rayonunun Bozlu kəndində anadan olub. Doğma kəndlərinin işğalından sonra ailəsi ilə birlikdə Tərtər rayonunun Şıxarx qəsəbəsində məskunlaşıb.

Zabil Həsənov Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərində yerləşən mülki yaşayış məntəqələrini, döyüş sahəsindən uzaqdakı mülki obyektləri ağır silahlardan atəşə tutması nəticəsində   oktyabrın 1-də Tərtər çayı üzərində yerləşən şəhərin əsas körpüsünün yanına düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtərdə rayonunun Bəyimsarov kəndində dəfn olunub.

Ailəli idi. 3 övladı yadigar qalıb.

Məmmədov Həsən Asif oğlu

Həsən Məmmədov  1981-ci ilin fevral ayının 1-də Tərtər rayonunun  Qaynaq kəndində anadan olub.

Həsən Məmmədov Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərində yerləşən mülki yaşayış məntəqələrini, döyüş sahəsindən uzaqdakı mülki obyektləri ağır silahlardan atəşə tutması nəticəsində  6 oktyabr tarixində Azad Qaraqoyunlu kəndinin yaxınlığına düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtərdə rayonunun Qaynaq kəndində dəfn olunub.

Ailəli idi. 3 övladı yadigar qalıb.

Axundov Ədavət Zahid oğlu

Ədavət Axundov 1969-cu ilin may ayının 1-də Tərtər rayonunun Umudlu kəndində anadan olub.

Ədavət Axundov Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərində yerləşən mülki yaşayış məntəqələrini, döyüş sahəsindən uzaqdakı mülki obyektləri ağır silahlardan atəşə tutması nəticəsində  oktyabr ayının 14-də yaşadığı evin həyətinə düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtərdə şəhərində dəfn olunub.

Ailəli idi. 3 övladı yadigar qalıb.

Rüstəmov Vasif Bahadur oğlu

Vasif Rüstəmov 1960-cı ilin mart ayının  7-də Tərtər şəhərində anadan olmuşdur.

Vasif Rüstəmov Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərində yerləşən mülki yaşayış məntəqələrini, döyüş sahəsindən uzaqdakı mülki obyektləri ağır silahlardan atəşə tutması nəticəsində  15 oktyabr tarixində Tərtər şəhər qəbristanlığına düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtər şəhər qəbristanlığında dəfn olunub.

Ailəli idi. 2 övladı yadigar qalıb.

Orucov Pərviz Novruz oğlu

Pərviz Orucov 1989-cu ilin iyun ayının  10-da Tərtər rayonunun Mamırlı kəndində anadan olmuşdur.

Pərviz Orucov Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərində yerləşən mülki yaşayış məntəqələrini, döyüş sahəsindən uzaqdakı mülki obyektləri ağır silahlardan atəşə tutması nəticəsində  15 oktyabr tarixində Tərtər şəhər qəbristanlığına düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtər rayonunun Mamırlı kəndində dəfn olunub.

Ailəli idi. 2 övladı yadigar qalıb.

Əmirov İsgəndər Yelmar oğlu

İsgəndər Əmirov 1967-ci ilin fevral ayının  18-də Tərtər şəhərində anadan olmuşdur.

İsgəndər Əmirov Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərində yerləşən mülki yaşayış məntəqələrini, döyüş sahəsindən uzaqdakı mülki obyektləri ağır silahlardan atəşə tutması nəticəsində  15 oktyabr tarixində Tərtər şəhər qəbristanlığına düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtər şəhər qəbristanlığında dəfn olunub.

Zamanov Şakir Xasay oğlu

Şakir Zamanov 1988-ci ilin aprel ayının  25-də Kəlbəcər rayonunda anadan olmuşdur.

Şakir Zamanov Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərində yerləşən mülki yaşayış məntəqələrini, döyüş sahəsindən uzaqdakı mülki obyektləri ağır silahlardan atəşə tutması nəticəsində  15 oktyabr tarixində Tərtər şəhər qəbristanlığına düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtər rayonunun Sarıcalı kəndində dəfn olunub.

Quluyev Anar Tofiq oğlu

Anar Quliyev 1985-ci ilin may ayının  23-də Tərtər şəhərində anadan olmuşdur.

Anar Quliyev Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunda yerləşən mülki yaşayış məntəqələrini, döyüş sahəsindən uzaqdakı mülki obyektləri ağır silahlardan atəşə tutması nəticəsində  20 oktyabr tarixində Cəmilli kəndinə düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtər şəhər qəbristanlığında dəfn olunub.

İsmayılzadə Orxan Rəhbər oğlu

Orxan İsmayılzadə 2004-ci ilin aprel ayının  2-də Tərtər rayonunun Kəbirli kəndində anadan olmuşdur.

Orxan İsmayılzadə Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunda yerləşən mülki yaşayış məntəqələrini, döyüş sahəsindən uzaqdakı mülki obyektləri ağır silahlardan atəşə tutması nəticəsində  24 oktyabr tarixində Kəbirli kəndinə düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtər rayonunun Kəbirli kəndində dəfn olunub.

Keçidlər