Şriftin ölçüsü :

Saytın rəngi :

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində məktəblilərin rəsm sərgisi keçirilib

26 aprel 2024 | 17:24

Tərtər Rayon İcra Hakimiyyəti ,YAP rayon təşkilatı və Tərtər Təhsil sektorunun birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rayonun ümumtəhsil  məktəblərinin şagirdlərinin rəsm sərgisi keçirilib.

Sərgidə Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, Tərtər Təhsil sektorunun nünayəndələri,rayon Uşaq Gənclər İdman Məktəbinin, Uşaq-Gənclər İnkişaf Mərkəzinin, ümumtəhsil məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.

Sərgidə 35 məktəbdən  36 şagirdin rəsm əsərləri nümayiş olunub.

YAP rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Svetlana Əzizova, Tərtər Təhsil sektorunun nümayəndəsi Lamiyyə  Quliyeva, Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Ülviyyə Qəmbərova çıxış edərək məktəblilərə yaşıllıqların artırılması, ətraf mühitin qorunması, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı məlumat verib, rayonda “Yaşıl dünya həmrəylik ili” ilə bağlı keçirilən tədbirlərdən danışıblar.

Sərgidə şəhər 5 nömrəli tam orta məktəbin 8 sinif şagidi İsrafilli Hacı Azər oğlunun, Fəxrəddin Orucov adına Seidimli kənd tam orta məktəbin 8 sinif şagirdi Süleymanova Solmaz Rəşad qızının və Cəmilli kənd tam orta məktəbinin 6 sinif şagirdi Haqverdiyava Elza Mürşüd qızının rəsm əsərləri  yer tutub. Balaca rəssamlara YAP rayon təşkilatı tərəfindən diplomlar təqdim edilib.

Keçidlər