Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə YAP Tərtər rayon təşkilatı tərəfindən silsilə tədbirlər keçirilir.
24 aprel 2024-cü il tarixdə YAP Tərtər rayon təşkilatının inzibati binasında “Yeni Azərbaycan Partiyasının cəmiyyətdə rolu” mövzusunda tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etdilər.
Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayton təşkilatının sədri Eldar Əsədov bildirib ki, bu gün Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Prezidenti İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası Azərbaycan cəmiyyətində öz yerinə, roluna, xalqdan aldığı dəstəyinə və aparıcı missiyasına görə öndədir. Yeni Azərbaycan Partiyasının cəmiyyətdə aparıcı rolu gündən-günə daha da möhkəmlənir. YAP haqqında danışarkən, ilk növbədə, ümummilli lider Heydər Əliyev yada düşür, Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri anılır və yüksək qiymətləndirilir.
Sədr Eldar Əsədov onu da qeyd edib ki, Yeni Azərbaycan Partiyasının Azərbaycan cəmiyyəti tərəfindən birmənalı şəkildə dəstəklənməsinin başlacı səbəblərindən biri bu partiyanın monolitliyini qoruyub saxlaması və partiya üzvülərinin bütün qərarlarla bağlı vahid mövqe nümayiş etdirməsidir.YAP - ın uğurlarının əsasını təşkil edən əsas səbəblərdən biri də bu partiyanın güclü və xarizmatik liderlərinin olmasıdır. YAP-ın Ümummilli Lider Heydər Əliyev kimi şəxsiyyətin rəhbərliyi ilə yaradılması, təbii ki, qısa zaman kəsiyində bu partiyanın gələcək inkişaf perspektivləri ilə bağlı öz sözünün dedi.
Bu gün YAP-ın Müzəffər Ali Baş Komandan , Qalib Lider İlham Əliyev kimi Sədri var. Azərbaycan Prezidentinin dövlət başçısı kimi bu günə qədər Azərbaycan xalqı qarşısında verdiyi vədlərin həyata keçirilməsi, əhalinin sosial-iqtisadi rifahının yüksəldilməsi ilə bağlı davamlı siyasət aparması, təbii ki, sonda onun rəhbərlik etdiyi siyasi partiyanın nüfuzunun artması və xalq tərəfindən daha çox dəstək qazanmasında da öz sözünü deyir.
Çıxış edənlərdən – Əli Paşayev, Ədalət Məmmədov , Əli Əzimov, Tacirə İlyasova , Xəyal Aslanov, Mehman Babayev bildiriblər ki, Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, qarşıya qoyduğu hədəflərə doğru inamla addımlayır. Bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir.