İcra başçısı Qazyan kənd Körpələr evi-uşaq bağçasının tikintisi ilə tanış olub
Uzun illər qəzalı vəziyyətdə olan Tərtər rayonunun Qazyan və Bəyimsarov kənd Körpələr evi-uşaq bağçaları üçün dövlət tərəfindən ayrılmış subvensiya vəsaiti hesabına 50 yerlik yeni binaların tikintisinə başlanıb.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Qazyan kənd Körpələr evi-uşaq bağçasının tikinti işləri ilə tanış olub. Artıq binanın hörgü işləri başa çatıb, işlər davam etdirilir, rayon rəhbərinə məlumat verilib ki yaxın zamanlarda binanın tikinti işləri tam başa çatdırılacaq.
Qazyan kənd Körpələr evi-uşaq bağçasının kollektivi onlara yeni inzibati binanın tikilməsi üçün Respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.