“Yaşıl dağ” ekoloji sosial aksiyası çərçivəsində Tərtər rayonundan toplanan kağız tullantıları Salyan regional “ASAN xidmət” mərkəzinə təhvil verilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən ölkəmizdə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Ağentliyi və tabeliyində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərinin təşkilatçılığı ilə Salyan regional “ASAN xidmət” mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dağ” ekoloji sosial aksiyasına start verilmişdir.
2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planının 4.8-ci bəndinin icrasını təmin etmək məqsədi ilə “Yaşıl dağ” ekoloji sosial aksiyası çərçivəsində Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisindən toplanan 2,5 ton kağız tullantısı Salyan regional “ASAN xidmət” mərkəzinə təhvil verilmişdir.
Qeyd edək ki, layihənin keçirilməsinin əsas məqsədi kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanmasına nail olmaqdır. Toplanmış kağız tullantıları müqabilində əldə olunmuş vəsait qazilərin və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılmış “YAŞAT” Fonduna ianə ediləcək.