Şriftin ölçüsü :

Saytın rəngi :

Aprelin 24-ü Tərtər rayonunda "Şahin" hərbi-idman oyununun Qarabağ iqtisadi zona mərhələsi uğurla yekunlaşıb.

25 aprel 2024 | 09:29

Gənclərin vətənpərvərlik tərbiyəsində böyük rolu olan “Şahin” hərbi-idman oyununun keçirilməsində əsas məqsəd məktəblilərin vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə edilməsi, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin olunması, Şanlı Zəfər tarixinin təbliğidir.

Oyun ərzində əsasnaməyə uyğun olaraq iştirakçılar sıra hazırlığı, intellektual müsabiqə, darağa patronların doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açmaq, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı və çadırın qurulması mərhələlərində bacarıqlarını nümayiş etdiriblər.

Qiymətləndirməyə əsasən, ən yüksək bal toplayan Ağdam, Şuşa və Bərdə rayon komandaları ardıcıl olaraq ilk üç yerə layiq görülüblər.

Keçidlər