Tərtər Rayon İcra Hakimiyyətində vakant olan inzibati vəzifələr
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək daxili müsahibəyə Tərtər Rayon İcra Hakimiyyətindən aşağıda göstərilən 4 vakant vəzifə təqdim olunub.
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 17 aprel 2024-cü il tarixindən 01 may 2024-cü il tarixədək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Elan üzrə sənəd qəbulu yalnız aşağıda qeyd olunmuş Mərkəzin internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir.
1.Rayon İcra Hakimiyyəti başçısı Aparatı, Hüquq şöbəsi, şöbə müdiri (1 yer)
2.Rayon İcra Hakimiyyəti başçısı Aparatı, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi, şöbə müdirinin müavini (1 yer)
Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi, şöbə müdirinin müavini
3.Rayon İcra Hakimiyyəti başçısı Aparatı, Memarlıq və tikinti şöbəsi, şöbə müdiri (1 yer)
Memarlıq və tikinti şöbəsi, şöbə müdiri
4.İcra Nümayəndəlikləri, Ağdərə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi - İHB-nın nümayəndəsi (1 yer)