Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Xoruzlu kəndində yeni məktəb binasının tikintisi ilə tanış olub

06 may 2022 | 17:26

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Xoruzlu kəndində yeni məktəb binasının tikintisi ilə yerində tanış olub. Aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.

Kənddə inşa edilən 432 şagird yerlik yeni binası Respublika Prezidenti cənab İlham Əliyevin “Tərtər rayonunun Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 3 iyun tarixli Sərəncamına əsasən aparılır.

Məktəb binası zirzəmi ilə birlikdə üç mərtəbədən ibarətdir. Binanın ümumi tikinti sahəsi 2374 kvadratmetrdir. Dörd korpusdan ibarət yeni məktəb binasında sinif otaqları, kimya, biologiya və fizika laboratoriyaları, hərbi hazırlıq, informatika və hesablama texnologiyası kabinələri, idman və akt zalları, kitabxana, yeməkxana, inzibati otaqlar yaradılacaq. Binanın yeni dərs ilinin başlanmasına istifadəyə verilməsi nəzərdə tutulub.

Keçidlər