Rayon haqqında
Əhalisi
Əhalinin sayı-76 min nəfər
Tərtər rayonunun ərazisi 410 kv.km olmaqla ölkə ərazisinin 1.1 faizini təşkil edir. Mərkəzi Tərtər şəhəridir. Bakı şəhərindən 332 km məsafədə yerləşir. Yevlax, Goranboy, Kəlbəcər, Ağdam, Bərdə rayonları ilə həmsərhəddir. Rayonda 1 şəhər, 50 kənd yaşayış məntəqəsi var.
1 yanvar 2025-ci il tarixə rayon əhalisinin sayı 76 min nəfər olmuş və əvvəlki illə müqayisədə əhalinin sayı 456 nəfər və ya 0.6 faiz artmışdır. Rayon əhalisi ölkə əhalisinin 0.7 faizini, Qarabağ iqtisadi rayonunun 10.2 faizini təşkil edir. Əhalinin sıxlığı (1 kv.km-ə düşən əhali) 185 nəfər təşkil edir. Əhalinin orta illik sayı 75.8 min nəfər olmuşdur. Əhalinin ümumi sayından 27 faizi şəhər, 73 faizi kənd yerlərində yaşayır. Rayon əhalisinin 38.1 min nəfəri və ya 50.1 faizini kişilər, 37.9 min nəfəri və ya 49.9 faizini qadınlar təşkil edir.
Əhalinin 17.8 min nəfəri və ya 23.4 faizi 14-29 yaşda gənclərdir ki, onların 12.7 min nəfəri və ya 71.2 faizi kənd yerlərində yaşayır.
2024-cü ildə rayonda 823 körpə dünyaya gəlmişdir. Bu göstərici ölkə üzrə doğulanların 0.8 faizini, Qarabağ iqtisadi rayonu üzrə doğulanların 9.4 faizini təşkil edir. Doğulanların 54.0 faizini oğlanlar, 46.0 faizini qızlar təşkil edir. 2023-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 11.7-dən 11.9-a qədər artmışdır. Doğulanların 12.9 faizi rəsmi nikahdan kənar doğulmuşdur.
2024-cü ildə rayonda 510 ölüm qeydə alınmışdır ki, onun 4 nəfəri 1 yaşa qədər ölən uşaqlardır. Ölənlərdən 116-sı (22.8%) şəhərdə, 394-ü (77.2%) kənd yerlərində qeydə alınmışdır. 2022-ci illə müqayisədə 2023-cü ildə əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 6.6-dan 6.5-ə qədər azalmışdır.
2024-cü ildə rayonda 449 nigah bağlanmış və 169 boşanma halları qeydə alınmışdır.
2024-cü ildə daimi yaşamağa rayona 16 nəfər gələn qeydə alınmışdır. Gedən qeydə alınmamışdır. Miqrasiyanın müsbət saldosu 16 nəfər təşkil etmişdir.
Ermənistanın respublikamıza təcavüzü nəticəsində 1 yanvar 2024-cü il tarixə 2635 nəfər qaçqın və 10761 nəfər məcburi köçkün Tərtər rayonunda məskunlaşmışdır.






