Rayon haqqında
Coğrafi mövqeyi
Tərtər rayonu Kiçik Qafqazin şimal-şərq ətəklərində və Qarabağ düzündə, Tərtər çayının sahilində, Kür-Araz ovalığının qərb hissəsində 400 21I 32II en dairəsi 460 51I 48II uzunluqda yerləşir. İnzibati rayon kimi 1934-cü ildə təşkil edilmişdir. Ərazisi 960 kvadrat kilometr olmaqla ölkə ərazisinin 1.1 faizini təşkil edir. Rayon əhalisinin sayı 105.2 min nəfər olmaqla ölkə əhalisinin 1.1 faizini təşkil edir. Əhalinin 28.7 faizi şəhər, 71.3 faizi kənd əhalisidir. Əhalinin orta sıxlığı hər kvadrat metrə 110 nəfər təşkil edir. Mərkəzi Tərtər şəhəridir. Rayon 42 inzibati ərazi dairəsi, 25 bələdiyyə, 2 şəhər, 1 qəsəbə, 74 kənd yaşayış məntəqəsi ilə əhatə olunmuşdur.
Tərtər rayonu şimaldan Yevlax rayonu, şimal-qərbdən Goranboy rayonu, qərbdən Kəlbəcər rayonu, cənub və cənub-qərbdən Ağdam rayonu, şərqdən və cənub-şərqdən Bərdə rayonu ilə həmsərhəddir.
Kiçik Qafqaz sıra dağlarının ətəklərində yerləşən Tərtər rayonu qərbdən şərqə doğru meyllidir, dəniz səviyyəsindən 227,1 metr hündürlükdə yerləşir. Rayonun səthi şimal-şərqində düzənlik, cənub-qərbində dağlıqdır. Dağlıq sahədə Yura, Təbaşir, düzənlikdə Antropogen çöküntüləri yayılmışdır. Faydalı qazıntıları: neft, daş kömür, tikinti materialları, səpinti qızıl və sair.
Tərtər rayonun iqlimi yayı quraq keçən mülayim isti yarımsəhra və quru-çol tipli, qışı mülayim soyuqdur. Orta temperatur yanvarda -20C-dən 30C-dək, iyulda 18-260C-dir. Yağıntının illik miqdarı 300-500 millimetrdir. Torpağı şabalıdı, boz və çəmən-boz qrupuna aiddir. Yovşanlı-şoranotlu yarımsəhralara, seyrək kollu çəmənliklərə də rast gəlinir.
Rayon ərazisindən Tərtər çayı və İncə çayı, cənub sərhəddindən isə Xaçın çayı axır. Başlanğıcını Kəlbəcər rayonu ərazisində dağlardan götürən Tərtər çayı-Kəlbəcər, Tərtər və Bərdə rayonları ərazisində 200 km-lik məsafəni qət edərək Kür çayının sağ sahilinə qovuşur. Öz başlanğıcını 3120 metr hündürlükdən götürən çayın hövzəsinin tutumu 2650 m3-dir. Onun aşağı axımı Qarabağ düzündədir. Əsasən yeraltı sularla qidalanır, orta illik su sərfi 21.3 m3/san., illik axın həcmi 729 mln. m3-dir. Tərtər çayına qovuşan irili-xırdalı 72 qoldan (arxlardan) hazırda 42-si mövcuddur. 1967-ci ildə Tərtər çayının üzərində Sərsəng su anbarı tikilib. Rayonun əkin sahələrinin 70 faizinin suvarma suyu bu anbardan qidalanır. Hazırda erməni işğalı altındadır.