Şriftin ölçüsü :

Saytın rəngi :

İcra hakimiyyətinin başçısı

Məmmədov Müstəqim Səyyad oğlu
03.01.1969-cu ildə Yevlax şəhərində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət Texnologiya İnstitunu, 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir.
• 1987-1989-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur.
•Əmək fəaliyyətinə 25.11.1992-ci il tarixdən başlayıb 03.01.1994-cü il tarixədək Yevlax şəhər İctimai İaşə Müəssisələri Birliyində mühəndis-texnoloq, ticarətin təşkili üzrə inspektor, əmtəəşünas vəzifələrində işləyib.
•03.01.1994-cü il tarixdən 23.11.1994-cü il tarixədək Yevlax şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Rəhbərlik bölməsində müfəttiş vəzifəsində işləyib.
•23.11.1994-cü  il tarixdən 16.05.2006-cı il tarixədək Yevlax şəhər Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində işləyib.
•16.05.2006-cı il tarixdən 26.07.2012-ci il tarixədək Yevlax şəhər İcra Hakimiyyəti Başçısı Aparatında Başçının şəhər təsərrüfatı üzrə müavini-şöbə müdiri vəzifəsində işləyib.
•26.07.2012-ci il tarixdən 07.05.2014-cü il tarixədək Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Aparatında Başçının müavini-Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində işləmişdir.
•Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07 may 2014-cü il tarixli Sərəncamı ilə Tərtər rayon İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
•Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətlərinə görə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilmişdir.
•Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il tarixli, 1205 nömrəli Sərəncamı ilə «Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)» yubiley medalı ilə təltif edilmişdir.
•Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2024-cü il tarixli, 4289 nömrəli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilmişdir.  1993-cü ilin avqust ayından Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 3 övladı var.
Keçidlər