Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə Komissiyanın yaradılması haqqında

 

Azərbaycan Respublikası

Tərtər Rayonu İcra Hakimiyyəti başçısının 

SƏRƏNCAMI 

 

№ 45                                                                                «15»  aprel 2024-cü il

 

Tərtər Rayon İcra Hakimiyyəti yanında İctimai şuraya

seçkinin təşkili məqsədi ilə yaradılmış seçki komissiyasının  yeni tərkibinin təsdiq edilməsi haqqında

 

Tərtər Rayon İcra Hakimiyyəti başçısının "Tərtər Rayon İcra Hakimiyyəti yanında İctimai şuraya seçkinin təşkili məqsədi ilə komissiyanın yaradılması haqqında" 17 may 2022-ci il tarixli, 72 nömrəli sərəncamından ötən müddət ərzində komissiya üzvlərindən vəzifəsini dəyişənlər olmuş və komissiyanın yeni tərkibinin təsdiq edilməsi zərurəti yaranmışdır.

 Yuxarıda qeyd olunanları nəzərə alaraq

QƏRARA ALIRAM: 

  1. Rayon icra hakimiyyəti yanında İctimai şuraya seçkinin təşkili məqsədi ilə yaradılmış seçki komissiyasının 9 nəfərdən ibarət (rayon icra hakimiyyətinin əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən isə 5 üzv) aşağdakı yeni tərkibi təsdiq edilsin:

Komissiyanın sədri:

 

Cavadov Abbas Yusif oğlu

Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlilivə      proqnozlaşdırılması şöbəsinin müdiri                         

 

Komissiyanın üzvləri:

 

Mehdiyev Kənan Rəşid oğlu

Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri

 

İsayev Çingiz İbrahim oğlu

Tərtər Rayon İcra Hakimiyyətibaşçısı          aparatının Hüquq şöbəsinin məsləhətçisi                                                       

 

Bağırov Elşən Baxış oğlu

Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi

 

Əsədov Eldar Gəray oğlu

YAP Tərtər Rayon Təşkilatının sədri

 

Məmmədov Faiq Mərdan oğlu

Tərtər Rayon Ağsaqqallar şurasının sədri

 

Ələkbərli Hikmət Hakim oğlu

Tərtər Rayon Gənclər və İdman

İdarəsinin rəis müavini

 

Quliyev Sadiq Abbas oğlu

Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Tərtər rayon komitəsinin sədri

    

Yusifov Suludin Bəhmən oğlu

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və şəhid ailələri ictimai birliyinin Tərtər filialının sədri

 

           

  1. Seçki Komissiyası
  • Rayon icra hakimiyyətinin fəaliyyət istiqamətlərinin genişliyini və iş həcmini nəzərə almaqla İctimai Şura üzvlərinin say həddini müəyyən etsin.
  • Rayon icra hakimiyyətinin rəsmi internet səhifəsində (terter-ih.gov.az), “Yeni Tərtər” qəzetindən və mövcud olan digər vasitələrdən istifadə etməklə İctimai şuraya seçkilərin təşkili ilə əlaqədar olaraq namizədlərin irəli sürülməsi, qeydiyyatının başlanması və başa çatması vaxtını elan etsin.
  • Tərtər Rayon İcra Hakimiyyəti yanında İctimai şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatı 20 iş günü müddətinə başa çatdırsın.
  • Seçkilərin “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq həyata keçirilməsini təmin etsin.
  1. Rayon İcra hakimiyyəti başçısının "Tərtər Rayon İcra Hakimiyyəti yanında İctimai şuraya seçkinin təşkili məqsədi ilə komissiyanın yaradılması haqqında" 17 may 2022-ci il tarixli, 72 nömrəli sərəncamı qüvvədən düşmüş hesab edilsin.
  2. Rayon icra hakimikyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Kənan Mehdiyevə tapşırılsın ki, aidiyyəti şəxsləri sərəncamla tanış etsin.
  3. Sərəncamın icrasına nəzarət İctimai şuraya seçkilərin təşkili ilə bağlı məsul şəxs rayon İcra hakimiyyəti başçısının birinci müavini Elvin Umudova tapşırılsın.

 

                                      Tərtər Rayon İcra

            Hakimiyyətinin başçısı:                                                         Müstəqim Məmmədov

Düzdür

                                       Tərtər RİHB aparatının Sənədlərlə

                                       və vətəndaşların müraciətləri ilə

                                       iş şöbəsinin müdiri:                                                             Kənan Mehdiyev

 

 

           

 

Keçidlər