Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat

Ümumi məhsul buraxılışı və əhalinin gəlirləri

          2020-ci ildə Tərtər rayonunda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 179250.2 min manat olmuş, onun əhalinin hər nəfərinə düşən həcmi 2191.4 manat təşkil etmişdir. 2019-cu ilə nisbətən məhsul buraxılışı 24.2 faiz azalmışdır. Məhsul və xidmətlərin 68.0 faizi istehsal sahələrinin, 32.0 faizi xidmət sahələrinin payına düşmüşdür.

          2020-ci ildə 73595.5 min manatlıq və ya ümumi məhsulun 41.1 faizi qədər kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 55924.7 min manatlıq (30.8%) ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 34961.6 min manatlıq (23.4%) tikinti sahəsində, 6385.1 min manatlıq (3.6%) sənaye sahəsində, 1289.1 min manatlıq (0.7%) nəqliyyat və anbar təsərrüfatı sahəsində, 743.1 min manatlıq (0.4%) informasıya və rabitə sahələrində məhsul və xidmətlər istehsal olunmuşdur.

          2020-ci ildə əhalinin gəlirləri 2019-cu ilə nisbətən 5.7 faiz azalaraq 229578.7 min manat təşkil etmişdir.

 



Kənd təsərrüfatı

          Tərtər rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Bitkiçilik və heyvandarlıq onun prioritet istiqamətlərindəndir. Rayon üzrə ümumi məhsul buraxılışının 41.1 faizi kənd təsərrüfatının hesabına formalaşır. 2020-ci ildə kənd təsərrüfatının ümumi məhsulunun  faktiki qiymətlərlə dəyəri 73595.5 min manat təşkil edərək 2019-cu ilə nisbətən 3.9 faiz azalmışdır. Onun 44399.6 min manatı və ya 60.3 faizi bitkiçilik məhsulları hesabına, 29195.9  min manatı və ya 39.7 faizi heyvandarlıq məhsulları hesabına formalaşmışdır.

          2020-ci ildə rayonda 25620 ton buğda, 16436 ton arpa, 2982 ton dən üçün qarğıdalı, 77.3 ton darı, 27.5 ton vələmir, 181 ton paxlalılar, 11580 ton pambıq, 13528 ton şəkər çuğunduru, 4887 ton dən üçün günəbaxan, 4250 ton kartof, 14003 ton tərəvəz, 13210.8 ton meyvə və giləmeyvə, 1071.4 ton üzüm istehsal edilmişdir.

          2020-ci ildə 2019-cu ilə nisbətən kənd təsərrüfatı məhsullarından buğdanın məhsuldarlığı 0.7 sentner, arpanın məhsuldarlığı 2.5 sentner, dən üçün qarğıdalının məhsuldarlığı 0.2 sentner, darının məhsuldarlığı 5.0 sentner, paxlalıların məhsuldarlığı 5.9 sentner, pambığın məhsuldarlığı 4.0 sentner, şəkər çuğundurunun məhsuldarlığı 197.0 sentner, dən üçün günəbaxanın məhsuldarlığı 0.1 sentner, tərəvəzin məhsuldarlığı 4.0 sentner, meyvə və giləmeyvənin məhsuldarlığı 6.6 sentner, üzümün məhsuldarlığı 29.9 sentner artmışdır.

          2020-ci ilin sonuna rayonda  29400 baş iri buynuzlu mal-qara, o cümlədən 12439 baş inək və camışlar, 49554 baş qoyun və keçilər,  253.1 min baş müxtəlif növ quşlar mövcud olmuşdur. Son 5 ildə iri buynuzlu mal-qaranın sayı 9.8 faiz, o cümlədən inək və camışların sayı 4.1 faiz artmış, quşların sayı 3.6 faiz, qoyun və keçilərin sayı isə 30.3 faiz azalmışdır.

          Mal-qaranın baş sayına dair məlumatların təhlili göstərir ki, təsərrüfatlar onların sayının sabit saxlanılmasına meyillidir və sürü dövriyyəsində kəsimə gedən mal-qaranın səmərəli şəkildə tənzimləməyə çalışırlar. Bunun nəticəsidir ki, 2020-ci ildə rayonda 1619.4 ton kəsilmiş çəkidə ət, 22065 ton süd, 14025 min ədəd yumurta, 102 ton fiziki çəkidə yun istehsal olunmuşdur. Son 5 ildə süd istehsalı 1938 ton, yumurta istehsalı 6210 min ədəd artmış, ət istehsalı 9.6 ton, yun istehsalı isə 23 ton azalmışdır.

                                                                                                                           

 


Sənaye

         Tərtər rayonunda fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən, habelə ev təsərrüfat-larında sənaye məhsulu istehsalı və hüquqi şəxs yaratmadan sənaye sahəsində fəaliyyət göstərən fərdi sahibkarların işi də nəzərə alınmaqla 2020-ci ildə rayonda 6385.1 min manatlıq və ya əvvəlki ildəkindən 2.6 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir.

         İstehsal edilmiş sənaye məhsulu və xidmətlərin 4037.0 min manatı və ya 63.2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində, 912.8 min manatı və ya 14.3 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində, 825.3 min manati və ya 13.0 faizi mədənçıxarma sənayesində, 610.0 min manatı və ya 9.5 faizi emal sənayesində formalaşmışdır.

     2020-ci ildə rayonda istehsal edilmiş sənaye məhsulunun 19.5 faizi qeyri-dövlət sektorunun subyektləri tərəfindən istehsal edilmişdir.

        2020-ci ildə sənayedə işçilərin orta siyahı sayı əvvəlki ilə nisbətən 29.7 faiz azalaraq 601 nəfər olmuş, işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 5.4 faiz artaraq 508.5 manat olmuşdur. Ümumiyyətlə, son 5 ildə rayon sənayesində orta aylıq nominal əməkhaqqı 42.0 faiz artmışdır.

 

 

Tikinti

         2020-ci ildə rayonun sosial-iqtisadi inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 44.9 milyon manat həcmində və ya əvvəlki ildəkindən 55.8 faiz az vəsait yönəldilmişdir. Sərf edilmiş investisiyaların 41.9 milyon manatı və ya 93.5 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir. Tikinti-quraşdırma işlərinə sərf edilən investisiyaların həcmi 2019-cu ilə nisbətən 54.0 faiz azalmışdır. Ümumiyyətlə, son 5 ildə rayonun iqtisadi və sosial sahələrinin inkişafına 402.4  milyon manat vəsait yönəldilmişdir.

        Əsas kapitala yönəldilən investisiyalardan səmərəli istifadə və tikintilərin başa çatdırılması nəticəsində 2020-ci ildə 15.8 milyon manatlıq yeni əsas fondlar istifadəyə verilmişdir. Son 5 ildə rayonda 362.2  milyon manatlıq əsas fondlar istifadəyə verilmişdir.

        2016-2020-ci illərdə rayonda ümumi sahəsi 279.9 min kvadrat metr olan yeni yaşayış evləri tikilib istifadəyə verilmişdir. 2020-ci ildə ümumi sahəsi 1360.0  kvadrat metr olan 10 yaşayış evləri istifadəyə verilmişdir.

        2020-ci ildə rayonda 7 tikinti təşkilatı fəaliyyət göstərmişdir ki, onların öz gücləri ilə yerinə yetirdikləri tikinti işlərinin həcmi 5086.4 min manat olmuş və 2019-cu ilə nisbətən 55.4 faiz azalmışdır.                                                     

                                                             

             
Nəqliyyat

         Rayonun nəqliyyat sektorunu avtomobil nəqliyyatı ilə məşğul olan hüquqi və fiziki şəxslər təşkil edir.

         2020-ci ildə rayonun nəqliyyat sektorunda məhsul buraxılışı faktiki qiymətlərlə 1289.1 min manat olmaqla, rayon üzrə ümumi məhsul buraxılışının 0.7 faizini təşkil etmişdir. Məhsul buraxı-lışının fiziki həcm indeksi 49.1 faiz olmuşdur.

         2020-ci ildə rayonda 326 min ton yük və 4598 min sərnişin daşınmışdır. 2019-cu illə müqayisədə yük daşınmaları 40.7 faiz, sərnişin daşınmaları 49.9 faiz azalmışdır. 2020-ci ildə rayonda yük dövriyyəsi 51.3 milyon ton-km, sərnişin dövriyyəsi 29.5 milyon sərnişin-km olmuşdur. 2019-cu ilə nisbətən yük dövriyyəsi 57.9 faiz, sərnişin dövriyyəsi 23.4 faiz azalmışdır.

         2020-ci ilin sonuna rayonda 8731 avtomobil mövcud olmuşdur. Onlardan 1061-i yük avtomobili, 172-si sərnişin avtobusları, 7427-si sərnişin minik avtomobilləri, 71-i digər avtomobil-lərdir. Minik  avtomobillərinin 7364-ü və ya 99.1 faizi şəxsi minik avtomobilləridir.

         2020-ci ildə rayonda hər 100 ailəyə düşən şəxsi minik avtomobillərinin sayı 2019-cu ilə nisbətən 6.9 faiz artaraq 31 olmuşdur. Son 5 ildə hər 100 ailəyə düşən minik avtomobillərinin sayı 34.8 faiz artmışdır.  

 

 


İnformasiya, rabitə və poçt

         2020-ci ildə informasiya və rabitə xidmətlərinin həcmi (faktiki qiymətlərlə) 2019-cu ilə nisbətən 6.0 faiz azalaraq 743.1 min manat olmuşdur. Telekommunikasiya üzrə xidmətlərin həcmi 702.4 min manat, poçt və kuryer xidmətlərinin həcmi 182.7 min manat təşkil etmişdir.

         2020-ci ildə ümumi nömrə tutumu 8896 olan 29 elektron sistemli ATS fəaliyyət göstərmişdir. 3008 nömrə tutumlu 1 ATS şəhərdə, 5888 nömrə tutumlu 28 ATS kənd yerlərində fəaliyyət göstərmişdir.

         2020-ci ildə hər 100 ailəyə düşən telefon aparatlarının sayı 31 ədəd olmuşdur. Bu göstərici şəhərdə 37 ədəd, kənddə 28 ədəd olmuşdur.

         Mobil telefon abunəçilərinin sayı son 5 ildə 6.0 faiz artaraq 62.2 min abunəçi olmuşdur.

         Poçt rabitəsi rabitə sektorunun aparıcı hissəsidir. 2020-ci ildə poçt rabitəsindən əldə olunan gəlir 182.7 min manat olmuşdur.

 

 

                                                                                          Ticarət
    
         2016-2020-ci illərdə rayonun əmtəə bazarı sabit və dinamik inkişaf etməkdə davam etmişdir. Belə ki, 2020-ci ildə rayonda pərakəndə ticarət dövriyyəsinin həcmi 171.7 milyon manat olmaqla ölkə üzrə pərakəndə ticarət dövriyyəsinin 0.43 faizini təşkil etmişdir. Pərakəndə ticarət dövriyyəsinin həcmi 2000-ci ilə nisbətən 5.7 faiz, 2005-ci ilə nisbətən 66.4 faiz, 2010-cu ilə nisbətən 14.9 faiz artmışdır.

         2020-ci ildə pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində ərzaq malları, içkilər və tütün məmulatlarının xüsusi çəkisi ustünlük təşkil etmişdir. Belə ki, 2020-ci ildə pərakəndə ticarət dövriyyəsinin 103.2 milyon manatını və ya 60.1 faizini ərzaq malları, içkilər və tütün məmulatları təşkil etmişdir.

         2020-ci ildə yerli istehsal mallarının ticarət dövriyyəsi 139.2 milyon manat, idxal mallarının ticarət dövriyyəsi 32.5 milyon manat təşkil etmişdir. Ümumi ticarət dövriyyəsinin 81.1 faizi yerli istehsal, 18.9 faizi isə idxal mallarının ticarət dövriyyəsinin payına düşmüşdür.

         2020-ci ildə qeyri-neft məhsullarının pərakəndə ticarət dövriyyəsi 126.9 milyon manat olmuşdur. Qeyri-neft məhsullarının pərakəndə ticarət dövriyyəsinin ümumi ticarət dövriyyəsində xüsusi çəkisi 73.9 faiz olmuşdur.

         2020-ci ildə əhalinin hər nəfərinə düşən pərakəndə ticarət dövriyyəsinin həcmi 2016-cı ilə nisbətən 324.64 manat və ya 21.2 faiz artaraq 1858.33 manat təşkil etmişdir.

         2020-ci ilin sonuna rayonda pərakəndə ticarət şəbəkəsi ümumi sahəsi 17.0 min kv.metr olan 581 mağaza və 1 köşkdən ibarətdir. Pərakəndə ticarət müəssisələrində mal ehtiyyatları ilin sonuna 1749.3 min manat olmuşdur. Onun 856.3 min manatı ərzaq malları, içkilər və tütün məmulatlarının, 893.0 min manatı qeyri-ərzaq mallarının ehtiyatları olmuşdur. Pərakəndə ticarət müəssisələrinin mal ehtiyatı ilə təminatı 4 gün, ərzaq malları ehtiyatları ilə təminatı 4 gün, qeyri-ərzaq malları ehtiyatı ilə təminatı 4 gün olmuşdur.

        2020-ci ildə rayonda  topdansatış ticarət dövriyyəsinin həcmi 6.2 milyon manat olmaqla  ölkə üzrə topdansatış ticarət dövriyyəsinin 0.02 faizini təşkil etmişdir.

 

Turizm və xidmətlər

         2020-ci ildə rayonda əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 21.3 milyon manat olmaqla əvvəlki ilə nisbətən 34.4 faiz azalmışdır. Əhaliyə göstərilən ödənişli xidmətlərin həcminin ölkə üzrə ödənişli xidmətlərdə xüsusi çəkisi 0.30 faiz olmuşdur.

         Əhaliyə göstərilən ödənişli xidmətlərin 14.6 faizi və ya 3115.2 min manatı bilavasitə əhaliyə göstərilən məişət xidmətləridir. 2020-ci ildə əhaliyə göstərilən məişət xidmətlərinin həcmi əvvəlki ilə nisbətən 37.4 faiz azalmışdır.

         2020-ci ildə əhalinin hər nəfərinə düşən ödənişli xidmətlərin həcmi 230.99 manat, əhalinin hər nəfərinə düşən məişət xidmətlərinin həcmi 33.72 manat olmuşdur. Son beş ildə əhalinin hər nəfərinə düşən ödənişli xidmətlərin həcmi 19.8 faiz, əhalinin hər nəfərinə düşən məişət xidmət-lərinin həcmi 26.3 faiz azalmişdır.

         2020-ci ildə rayonda 93 sahibkarlıq subyekti iaşə fəaliyyəti göstərmişdir. Bu iaşə müəssi-sələrində 2885 oturacaq yerləri mövcud olmuşdur. 2020-ci ildə rayonda iaşə dövriyyəsinin həcmi əvvəlki ilə nisbətən 56.3 faiz azalaraq 1980.6 min manat olmuşdur. İaşə xidmətləri ancaq hüquqi şəxs yaratmadan fərdi sahibkarların iaşə fəaliyyəti nəticəsində formalaşmışdır.

         Əhalinin hər nəfərinə düşən iaşə dövriyyəsinin həcmi son beş ildə 46.3 faiz azalaraq 21.44 manat olmuşdur.

         2020-ci ildə rayonda turizm infrastrukturunun əsas elementlərindən olan 1 mehmanxana fəaliyyət göstərmişdir. Bu müəssisədə nömrələrin sayı 15 vahid olmuşdur ki, onun hamısı I dərəcəli nömrələrdir. 2020-ci ildə bu mehmanxanada 451 ölkə vətəndaşı yerləşdirilmiş və gecələmələrin sayı 451 vahid olmuşdur. Mehmanxanalarda müvəqqəti yerləşmə xidmətindən istifadə edən şəxslər turizm deyil, digər məqsədlər üçün səfər edənlər olmuşlar.
    .

Keçidlər