Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul-görüş Hacıqərvənd kəndində oldu

22 fevral 2019 | 16:00

Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Hacıqərvənd kəndində oldu.

Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Hacıqərvənd kənd İƏD üzrə nümayəndə Vəli Əliyev kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı.

Sonra vətəndaşların müraciətləri dinləndi. Sakinlərdən Rəhman İbrahimov, Nazim Abdullayev, Məhəbbət Həsənova, Maarif Mehdiyev və başqaları  suvarma suyu üçün subartezian quyusunun qazılması, icarəyə torpaq götürülməsi, kənd yolunun asfaltlanması və digər məsələlər barədə müraciət  etdilər.

Qaldırılan məsələlər nəzarətə götürüldü, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verildi.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışaraq, bildirdi ki, görülən işlər bundan sonra da davam etdiriləcək.

Kənd sakinləri əhalinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər