Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul-görüş Buruc kəndində oldu

24 avqust 2018 | 16:00

Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Buruc kəndində oldu.

Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.

Əvvəlcə Buruc kənd İƏD üzrə nümayəndə Böyükkişi Məlikov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı.

Sonra sakinlərin müraciətləri dinlənildi. Kənd sakini Gəray Nəcəfov qəbula gələnləri salamlayaraq bildirdi ki, kəndin sosial problemləri həll olunub, qaz, işıq, içməli su problemləri yoxdur. Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı kəndlərini birləşdirən avtomobil yolunun çəkilişi başa çatmışdır. Bu qonşu kəndlərə də gediş-gəlişimizi asanlaşdırıb, vaxt itkisinin qarşısını alıb. Abad yol üçün möhtərəm prezidentimizə minnətdarlığımızı bildiririk. Kəndimizdə əkin sahələrinin suvarılması üçün yeni subartezian quyusunun qazılması daha yaxşı olar.

Sonra kənd sakinləri Nuşabə Misirova işlədiyi Buruc kənd tam orta məktəbinin təmiri üçün müəllim və şagirdlər adından minnətdarlığını bildirdi. Gülabatlı kənd tam orta məktəbinin müəllimi Vəfa Quliyeva isə yeni çəkilmiş yola nişanların qoyulması, Elçin Həsənov əkdiyi pambıq və şəkər çuğunduru sahəsinin suvarılması, Tahirə Həsənova isə yeni çəkilən yolun kənarında olan çəpərinin yenidən çəkilməsinə köməklik göstərilməsi ilə bağlı müraciət etdi. 

Müraciətlərlə bağlı əlaqədar təşkilatlara rayon rəhbəri tərəfindən aidiyyəti tapşırıqlar verildi.

Sonra rayon rəhbəri görülən işlərdən, kənd əməkçilərinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb, onlara yeni-yeni əmək nailiyyətləri dilədi.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər