Şriftin ölçüsü :

Saytın rəngi :

ATƏT-in uzunmüddətli müşahidə missiyası üzvləri ilə görüş keçirilib

25 mart 2018 | 16:00

Martın 24-də 11 aprel 2018-ci ildə keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərini müşahidə etmək məqsədi ilə ölkəmizdə səfərdə olan ATƏT-in uzunmüddətli müşahidə missiyası üzvləri Türkiyə vətəndaşı Ebubekir Akbina və Almaniya vətəndaşı Brigitta Hoya Tərtər rayonuna səfər ediblər. Səfər çərçivəsində qonaqlar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər.

Rayon rəhbəri qonaqlara rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib. Bildirib ki, Tərtər rayon düşmənlə 48 km məsafədə təmas xəttində yerləşir. Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin mütəmadi pozulması nəticəsində rayonun gündəlik fəaliyyətinə, inzibati və yaşayış binalarına, taxıl zəmilərinə, ümumilikdə əkin sahələrinə, mal-qaraya, o cümlədən əhalinin məişət şəraitinə və digər sahələrə ciddi ziyan dəyir.  Dinc sakinlər arasında xəsarət alma və hətta ölüm hallarına səbəb olur. Yay aylarında işğal altında olan ərazilərdə yanğınlar törədərək ətraf mühitə ziyan vurmaqla yanaşı, yırtıcı heyvanların və həşaratların rayon ərazisinə kütləvi miqrasiyasına səbəb olurlar. Bu da taxıl zəmilərinin və digər kənd təsərrüfatı məhsullarının ziyanvericilər tərəfindən məhv edilməsinə səbəb olur. Bundan başqa may ayından başlayaraq noyabrın əvvəllərinə kimi işğal altındakı Sərsəng su anbarından Tərtər rayonu istiqamətində axan Tərtər çayının qarşısının bağlanması səbəbindən bölgədə əkin sahələrinin suvarılmasında problemlər yaranır. Qış aylarında isə çaylar vasitəsi ilə rayon ərazisinə partladıcı maddələr axıdılır. Bu çətinliklərə baxmayaraq rayon zəhmətkeçləri  pambıqçılq, baramaçılıq, meyvə tərəvəz və digər kənd təsərrüfatı məhsullarının istehsalında əhəmiyyətli dərəcədə yüksək nailiyyətlər əldə ediblər. Rayon rəhbəri ATƏT-in nümayəndələri ilə görüşdə təssüf hissi ilə qeyd edib ki, Ermənistan tərəfindən Azərbaycanın 20 faiz torpaqlarının işğal altında saxlanılmasına, əsrin faciyəsi olan Xocalı soyqırımının törədilməsinə, bir miliyondan çox soydaşımızın qaçqın və məcburi köçkün düşməsinə baxmayaraq hələdə qərb dövlətləri və beynəlxalq təşkilatlar Ermənistanın bu hərəkətlərinə laqeyid yanaşırlar.

Görüşdə nümayəndələr missiyaları haqqında məlumat verib, rayon rəhbərinə onları maraqlandıran suallar ünvanlayıblar. Müstəqim Məmmədov tərəfindən qonaqları maraqlandıran suallara ətraflı cavab verilib və onlar görüşdən mənnun qalqıqlarını ifadə etdilər.
 

Keçidlər