Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi münasibəti ilə ağacəkmə aksiyası keçirildi

25 oktyabr 2017 | 16:00

Tərtər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Tərtər Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi münasibəti ilə genişmiqyaslı ağacəkmə aksiyası keçirildi.

Tərtər-Şıxarx avtomobil yolunun, 1170 məcburi köçkün ailəsi üçün yeni inşa edilmiş qəsəbənin ətrafında ekoloji tarazlığın qorunması məqsədi ilə keçirilən aksiyada rayon icra hakimiyyətinin, bütün idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də ictimaiyyət nümayəndələri fəal iştirak etdilər.

Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun da iştirak etdiyi tədbirdə 5000-dən çox müxtəlif növ ağaclar, dekarativ çiçəklər və gül kolları əkildi.

Aksiya zamanı ərazidəki yaşıllıq sahələrində təmizlik işləri aparıldı, yeni əkilən ağaclar suvarıldı və onlara aqrotexniki qaydada qulluq göstərildi, əkilən ağacların inkişafı üçün, həmçinin onların küləkdən qorunması və mühafizəsi məqsədilə zəruri tədbirlər görüldü.

 

Keçidlər