Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Heydər Əliyev irsinin öyrənilməsi, təbliği və tədqiqində Heydər Əliyev Mərkəzlərinin rolu” mövzusunda tədbir keçirilib

17 oktyabr 2017 | 16:00

Oktyabrın 17-də Tərtər rayon Heydər Əliyev Mərkəzində Bakı şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşları ilə birlikdə “Heydər Əliyev irsinin öyrənilməsi, təbliği və tədqiqində Heydər Əliyev Mərkəzlərinin rolu” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq qonaqları salamlayıb, Tərtər rayonu haqqında qonaqlara məlumat verib. Sonra rayon rəhbəri rayonun sosial-iqtisadi inkişafından, quruculuq və bərpa işləri haqqında danışıb.

Bakı şəhər Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və təbliği departamentinin direktoru  Məhəbbət Mehdiyeva Heydər Əliyev Mərkəzinin fəaliyyət mexanizmindən, keçirilən tədbirlərin əhəmiyyətindən, Heydər Əliyev irsinin öyrənilməsi, təbliği və tədqiqi barədə məruzə ilə çıxış edib.

Tədbirdə Tərtər rayon Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova, Bakı şəhər Heydər Əliyev Mərkəzinin Heydər Əliyev Muzeyi şöbəsinin aparıcı mütəxəssisi Könül Abdulova, Heydər Əliyev Mərkəzinin ekspozisiya və fondlarının zənginləşdirilməsi haqqında Departamentin Elmi araşdırmalar və təbliğat şöbəsinin aparıcı mütəxəssisi Günay Səfərova, Tərtər rayon Ağsaqqallar  Şurasının üzvü Rauf Həsənzadə maraqlı çıxışlar ediblər.

Çıxışlardan sonra Heydər Əliyevə həsr olunmuş “Böyük ömrün anları” filmi nümayiş etdirilib.

Təbirin sonunda Bakı Şəhər Heydər Əliyev Mərkəzi tərəfindən Tərtər rayon Heydər Əliyev Mərkəzinə 16 adda kitab hədiyyə edilib.

Sonra qonaqlar Tərtər rayonunun Şıxarx qəsəbəsi ərazisində olan, ermənilərin İran Marağasından Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə özləri tərəfindən 1978-ci ildə inşa edilmiş “Marağa-150” abidəsinə baxıblar.

 

 

Keçidlər