Təmas xəttində monitorinq keçirilmişdir
05 may 2015 | 15:00
Mayın 5 -də Tərtər rayonunun Qapanlı kəndi yaxınlığında qoşunların təmas xəttində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq monitorinq keçirilmişdir. Monitorinqdən əvvəl ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anje Kasprşik, səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşmüşlər. Rayon rəhbəri son günlərdə cəbhədə olan vəziyyət barədə nümayəndə heyyətinə məlumat vermişdir.
Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anje Kasprşik, səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq keçirmişlər. Monitorinq inisdentsiz başa çatmışdır.