Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Vətən müharibəsi şəhidi Sabirli Əjdər Xanlar oğlunun il mərasimi keçirilib

11 oktyabr 2021 | 16:00

Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Qeyd edək ki, N saylı hərbi hissənin müddətdən artıq xidmət keçən hərbi qulluqçusu, kiçik çavuş Sabirli Əjdər Xanlar  oğlu 22 dekabr 1996-cı ildə Tərtər rayonunun Hacallı kəndində anadan olub. 11 oktyabr 2020-ci il tarixdə Talış istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhid Sabirli Əjdər Xanlar  oğlu 44 günlük Vətən müharibəsində göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra "Xocavəndin azad olunmasına görə" və “Vətən uğrunda” medalı ilə təltif olunub.

Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb.

Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.

Keçidlər