Şriftin ölçüsü :

Saytın rəngi :

“20 yanvar Xalqımızın Qəhramanlıq Salnaməsidir” mövzusunda inşa yazı müsabiqəsi keçirilib

14 yanvar 2020 | 16:00

Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq rayon Gənclər və İdman idarəsi Təhsil şöbəsi ilə birlikdə  rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “20 yanvar Xalqımızın Qəhrəmanlıq Salnaməsidir” mövzusunda inşa yazı müsabiqəsi keçirib. Müsabiqənin birinci mərhələsi məktəblərdə, yekun turu isə Uşaq Gənclər Şahmat məktəbində keçirilib. 2 akademik saat vaxt ayrılan yekun turda 34 tam orta məktəbdən 44 şagird iştirak edib.

Tədbirdə Gənclər və İdman İdarəsinin rəis müavini Şəhram Quliyev çıxış edərk bildirib ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 30 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Sonra  Təhsil şöbəsinin nümayəndəsi Kifayət Mürsəlova və Şahmat məktəbinin direktoru Emin Quliyev məktəbliləri salamlayıb, müsabiqənin şərtləri haqqında şagirdlərə ətraflı məlumat verdilər. Qeyd olundu ki, müsabiqənin qalibləri müəyyən olunduqdan sonra rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Keçidlər