Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayonunda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü münasibətilə "Müstəqilliyimiz əbədidir" şüarı altında yürüş keçirilib.

16 oktyabr 2019 | 16:00

Tərtər Rayon İcra Hakimiyyətinin və gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə keçirilən yürüşdə altı minə yaxın gənc iştirak edib.

Tərtər şəhərindəki Bayraq Meydanından işğaldan azad edilmiş Şıxarx qəsəbəsinədəki “Marağa–150” abidəsinin qarşısınadək davam edən yürüşdə əllərində Azərbaycan Respublikasının Dövlət Bayraqları tutmuş gənclər "Müstəqilliyimiz əbədidir", "Qarabağ Azərbaycandır" şüarları səsləndiriblər. Aksiya gənclərin hazırladığı fləşmobla başa çatıb.


 

Keçidlər