Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Tərtərdə zona müşavirəsi keçirib

17 iyun 2019 | 16:00

AVMVİB rayon və şəhər şöbələrinin əlaqələrinin möhkəmləndirilməsi, mövcud problemlərin həllində qarşılıqlı yardımlaşmanı və cəbhə bölgəsində vəziyyətlə yaxından tanış olmaq məqsədiylə zona müşavirəsini Tərtər şəhərində keçirdi.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli liderimiz Heydər  Əliyevin abidəsini ziyarət edib,  xatirəsini ehtiramla yad edərək abidəsi önünə tər gül-çiçək dəstələri qoydular.

Müşavirədən öncə AVMVİB sədri Füzuli Rzaquliyev və AVMVİB sədrinin I müavini Kamil Şirinov Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovla görüşüblər. Görüşdə AVMVİB Rəhbərliyi bölgədə veteranlara olan xüsusi diqqət və qayğıya görə rayon rəhbərinə öz minnətdarlıqlarını bildiriblər. Maraqlı keçən görüşdə bölgə veteranlarının problemləri və görüləcək işlər müzakirə olunub.

Sonra Tərtər rayon Mədəniyyət Mərkəzində müşavirə öz işinə başlayıb. Müşavirədə AVMVİB Tərtər, Goranboy, Naftalan, Bərdə, Yevlax, Ucar, Ağcabədi, Ağdam, Zərdab rayon və Mingəçevir şəhər şöbələrinin sədrləri, üzvləri iştirak ediblər.

AVMVİB sədri F.Rzaquliyev çıxış edərək, bildirib ki, belə zona müşavirələri bölgələrdə yaşayan veteranlarımızın birgə fəaliyyətini hədəfləyib. Müharibə veteranlarının tək bir amalı və arzusu var. O da Qarabağın işğaldan azad edilməsidir. Biz bu il Qarabağın azad ediləcəyinə və Ali Baş Komandan cənab İlham Əliyevə inananırıq. Hər bir veteran potensial bir döyüşçü kimi torpaqlarımızın azad edilməsi üçün veriləcək əmri gözləyir.

Müşavirədə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov əvvəlcə qonaqları salamlayıb, 48 km düşmənlə təmas xəttində yerləşən Tərtər rayonunda bu kimi tədbirlərin keçirilməsini yüksək qiymətləndirib. Respublika prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə, əlillərə, veteranlara, ordu quruculuğuna göstərdiyi diqqət və qayğıdan danışıb. Ali Baş Komandanın rəhbərliyi ilə günbəgün güclənən Azərbaycan Ordusunun dövlətin keşiyində ayıq-sayıq  dayanaraq öz müqəddəs missiyasını yerinə yetirdiyini bildirib.  Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, dövlət başçımız, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində dünyanın inkişaf etmiş orduları sırasında qərarlaşan güclü ordumuzun Ali Baş Komandanın əmri ilə işğal altında olan bütün Azərbaycan torpaqlarını azad etmək gücündə olduğunu bildirib.

Tədbirdə digər çıxış edənlər şəhid ailələrinə, əlillərə, veteranlara dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb, bu diqqətə görə ölkə rəhbəri cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

 

 

 

Keçidlər