Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə ödənişsiz tibbi aksiya keçirilib

18 may 2019 | 16:00

Mayın 18-də Tərtər Rayon Mərkəzi Xəstəxanasında “Xəzər” televiziya kanalının və “Azercell” şirkətinin birgə təşkilatçılığı ilə tanınmış həkimlər tərəfindən  vətəndaşların ödənişsiz tibbi müayinəsi keçirilib.

“Xəzər” televiziya kanalının aparıcısı Xoşqədəm Hidayətqızının rəhbərliyi ilə Tərtər rayonun səfər edən ginekoloq Aytən Səfərova, oftalmoloq Cahid Şahbazov, uroloq Bəxtiyar Hüseynov, üz-çənə cərrahı Sənan Xankişiyev səhər saatlarından müraciət edən şəxslərin tibbi müayinəsinə başlayıblar. Hümanitar aksiyadan 1000-ə yaxın rayon sakini yararlanıb.

Tibbi müayinədən keçən sakinlər cəbhə bölgəsində yaşayan insanlara göstərilən diqqət və qayğıya görə respublika Prezidenti cənab İlham Əliyevə və humanitar aksiyanın təşkilatçılarına öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər