Zolgəran kənd sakinlərinin müraciəti öz müsbət həllini tapıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti qəbulunda Zolgəran kənd sakinləri müraciət edərək avtomobil yolunun kənarlarına vətəndaşlar tərəfindən tökülən məişət tullantılarının təmizlənməsinə köməklik göstərilməsini xahiş ediblər.
Müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq Buruc bələdiyyəsi tərəfindən avtomobil yolunun kənarlarında olan məişət tullantıları xüsusi texnikalar vasitəsi ilə təmizlənərək ərazidən götürülüb.
Kənd sakinləri müraciətlərinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib.