Şriftin ölçüsü :

Saytın rəngi :

Yuxarı Sarıcalı kənd sakinlərinin müraciəti həll olunub

05 mart 2026 | 14:50

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının qəbul görüşü zamanı Yuxarı Sarıcalı  kənd sakinləri müraciət edərək kəndin daxili yollarına çınqıl verilərək hamarlanmasını xahiş ediblər.

Müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq Səhlabad Bələdiyyəsi tərəfindən kəndin daxili yolları çınqıl tökülərək xüsusi texnika vasitəsilə hamarlanmışdır.

Yuxarı Sarıcalı kənd sakinləri onlara göstərilən diqqət və qayğıya, problemlərinin həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər