Şriftin ölçüsü :

Saytın rəngi :

Yuxarı Qapanlı kəndində icra başçısı sakinləri qəbul edib

13 may 2022 | 15:52

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun Yuxarı Qapanlı kəndində səyyar-qəbul görüşü keçirilib.

Qəbulda hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, rayon ağsaqqallar şurasının sədri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

Kənd sakinlərini salamlayan icra başçısı  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan danışıb. Bildirib ki, Yuxarı Qapanlı və Qazyan kəndləri ermənilər tərəfindən ən çox atəşə tutulan yaşayış məntəqələrindəndir. Vətən müharibəsi dövründə sakinlər düşmənin atdığı mərmilər nəticəsində evlərinin dağılmasına baxmayaraq kəndi tərk etməyib, yüksək vətənpərvərlik, dözüm və fədakarlıq nümayiş etdiriblər. İcra başçısı şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan da  danışıb. O, kənd təsərrüfatı işlərinin qızğın çağı olduğunu, suvarmada olan çətinliklərin aradan qaldırılması, sudan səmərəli istifadə edilməsi üçün aqrotexniki tələblərə uyğun suvarma aparılmasını tövsiyə edib.

Rayon rəhbəri kənd sakinlərini işğaldan azad olunmuş ərazilərə qeyri-qanuni keçməməyə çağırıb. Bildirilib ki, bu onların həyatı üçün təhlükəlidir. Çünki həmin ərazilərdə çoxlu sayda partlamamış silah və hərbi sursat var, minalar basdırılıb.

Sonra Yuxarı Qapanlı kənd İƏD üzrə nümayəndə Azər Cabbarov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb.

Qeyd olunub ki, inzibati ərazi dairəsinin 1740  hektar ərazisi, 476 təsərrüfatı, 2071nəfər əhalisi, 982 hektar pay torpağı var. Ərazidə 2 məktəb, 2 tibb məntəqəsi, 2 kitabxana, 1 körpələr evi-uşaq baxçası, 4 iaşə, 4 məişət, 6 ticarət obyekti,  1 ATS  fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıq və kümçülərlə məşğul olurlar. Sakinlər 145 hektarda buğda, 199 hektarda arpa, 417 hektarda yonca, 264 hektarda pambıq əkirlər. Ərazidə 1,5 hektar çəkil bağı salınıb.  

Kənd sakinləri 1542 baş iribuynuzlu, 2194 baş xırdabuynuzlu, 8100 baş ev quşları saxlayırlar.

Sakinlər daimi işıq, qaz və su  ilə təmin olunurlar.

Ərazidə kəndarası yolları təmir olunub. 8600 metr suvarma arxı təmizlənib, kənd qəbirstanlğında təmizlik, abadlıq  işləri aparılıb. 4 hektar ərazidə meyvə bağı salınıb. 50 yerlik yeni körpələr evi-uşaq bağçası tikilir. İnzibati Ərazi Dairəsinin 1250 hektar suvarılan əkin sahəsi var. Onun 325 hektarı Tərtərçay su mənbəyindən, 925 hektarı isə subartezianlar vasitəsi ilə suvarılır. Ərazidə 34 subartezian quyusu var ki, onun 32-i işlək vəziyyətdədir, 2-si isə təmirə dayanıb.  

İcra nümayəndəsinin məlumatından sonra vətəndaşların müraciətləri dinlənilib.

Kənd sakinləri  Nəriman Əliyev, Famil İslamov, şəhid anası Səadət Əliyeva suvarmada olan çətinliklərin aradan qaldırılması üçün kəndə gələn Təley arxına beton örtük salınması, yeni subartezian quyusunun qazılması, Elgiz Nəcəfov, Mətanət İsmayılova, Muğan Qurbanov onlara su növbəsi verilməsi ilə bağlı müraciət ediblər.

Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.

Kəndin ağsaqqalı Nəriman Əliyev sakinlərə,  şəhid ailələri  və qazilərə   göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər