Şriftin ölçüsü :

Saytın rəngi :

“Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyası davam etdirilib

15 iyun 2024 | 10:13

Prezident İlham Əliyev tərəfindən ölkəmizdə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Tərtər Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə Tərtər rayonunda 5 məscidin ərazisində “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyası keçirilib.

Aksiya çəçivəsində dini ibadət evlərinin ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılıb, ağac və gül kolları əkilib.

Aksiyada DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşları, din xadimləri, dini icma sədrləri, Vətən müharibəsi iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, müxtəlif konfessiyalara mənsub dini icma üzvlərini ümummilli məsələ ətrafında birləşdirmək, ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına yönəltmək məqsədi daşıyan aksiya müxtəlif bölgələri əhatə etməklə cari ilin payız aylarına qədər davam edəcək.

Keçidlər