Şriftin ölçüsü :

Saytın rəngi :

“Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində Tərtərdə tullantıların idarə edilməsi istiqamətində işlər aparılıb

21 avqust 2024 | 18:04

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planının 5.2. (rayon ərazisində əmələ gələn bərk məişət tullantılarının yerləşdirilməsi, utilizasiyası və zərərsizləşdirilməsi) yarımbəndinə uyğun olaraq Tərtər şəhərində bərk məişət tullantılarının yığılması və daşınması istiqamətində səmərəliliyin təmin edilməsi məqsədilə Tərtər şəhər İƏD üzrə nümayəndəlik tərəfindən hər birinin tutumu 0.27 kub metr olan 120 ədəd dəmir materialdan zibil konteyneri alınaraq şəhərdə mövcud yaşayış binalarının həyətində, küçə və prospektlərdə, bazar və digər əhalinin sıx yaşadığı yerlərə yerləşdirilmişdir.

Tərtər şəhər Kommunal Təsərrüfatı İdarəsi tərəfindən gündəlik olaraq tullantıların yığılması, daşınması və xüsusi ayrılmış ərazidə həmin tullantıların zərərsizləşdirilməsi həyata keçirilir.

Əziz sakinlərimiz hər birimiz fərd olaraq zibili zibil qutularına ataraq ətraf mühiti qoruyaq.

Keçidlər