“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Tərtər şəhəri ərazisində gül və çiçək kolları əkilib
01 may 2024 | 11:52
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq rayon ərazisində müxtəlif tədbirlər keçirilir.
Tədbirlər Planına uyğun olaraq rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Kommunal Təsərrüfat İdarəsinin və “DOST” MMC-nin işçiləri tərəfindən şəhərin Heydər Əliyev prospektində, Mərkəzi Meydanda, Ulu Öndər Heydər Əliyevin abidəsinin ətrafında və Heydər Əliyev adına parkda 1000 ədəd müxtəlif növ gül və çiçək kolları əkilib. Gül və çiçək kolları əkilən ərazilərdə əvvəlcə təmizlik işləri aparılıb, səliqə-səhman yaradılıb.