Şriftin ölçüsü :

Saytın rəngi :

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti təmizlik aksiyası Tərtər şəhəri, Şah İsmayıl Xətai küçəsində suvarma kanallarının ətrafında keçirilib

13 iyul 2024 | 10:30

13 iyul 2024-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Tərtər şəhəri, Şah İsmayıl Xətai küçəsində suvarma kanallarının ətrafında təmizlik aksiyası keçirilib.

Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların və Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinin kollektivləri aktiv iştirak edib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Abbas Cavadov, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı İsrafil Paşayev çıxış edərək bildiriblər ki, tədbirin keçirilməsində məqsəd - ölkə ərazisində ətraf mühitin məişət və digər tullantılarla çikləndirilməsinin qarşısının alınması, əhalinin tullantıların düzgün idarə edilməsi ilə ətraf mühitin neqativ təsirlərdən qorunması istiqamətində maarifləndirilməsi, o cümlədən insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişməklə ekoloji vəziyyətin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir.

Qeyd olunub ki, bu cür aksiyalar rayon ərazisində mütəmadi olaraq davam etdiriləcəkdir.

Keçidlər