Şriftin ölçüsü :

Saytın rəngi :

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində növbəti ağacəkmə aksiyası Bərdə-Ağdam magistral avtomobil yolunun Köçərli kəndi ərazisindən keçən hissəsində keçirilib

16 noyabr 2024 | 11:30

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bərdə-Ağdam avtomobil yolunun Köçərli kəndi ərazisindən keçən hissəsində ağacəkmə aksiyası keçirilib.

Ekoloji davamlılıq, ətraf mühitin yaşıllaşdırılması və qorunması məqsədilə təşkil edilən ağacəkmə aksiyasında Tərtər Rayon İcra Hakimiyyətinin və İƏD üzrə nümayəndəliklərin işçiləri iştirak ediblər.

Həyata keçirilən aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, mövcud olan ağaclar və yeni əkilmiş 170 ədəd eldar şamı suvarılıb, aqrotexniki qaydada qulluq göstərilib.

Aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.

Keçidlər