Şriftin ölçüsü :

Saytın rəngi :

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Bərdə-Ağdam avtomobil yolunun kənarlarında iməclik keçirilib

04 noyabr 2024 | 17:59

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bərdə-Ağdam avtomobil yolunun kənarlarında iməclik keçirilmişdir.

Aksiyasda Tərtər Rayon İcra Hakimiyyətinin və İƏD üzrə nümayəndəliklərin işçiləri fəal iştirak ediblər.

Aksiya çərçivəsində yol kənarlarında alaq otları biçilib, təmizlik işləri aparılıb, əkilmiş ağacların dibləri bərkidilib və məişət tullantıları toplanaraq ərazidən götürülüb.

Aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti, təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək və ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.

Keçidlər