Şriftin ölçüsü :

Saytın rəngi :

"YAŞAT" Fondunun növbəti “Hədiyyə Karvanı” layihəsi çərçivəsində Tərtərdən olan şəhid övladlarına hədiyələr çatdırılıb

03 iyun 2024 | 18:20

“YAŞAT” Fondunun təşkilatçılığı, “Nar”ın dəstəyi ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar "Hədiyyə Karvanı" layihəsi həyata keçirilib.

4-cü ildir reallaşdırılan layihə çərçivəsində şəhidlərimizin 14 yaşınadək olan övladlarına hədiyyə qutusu çatdırılıb.

Ümumilikdə layihə ölkəmizin müxtəlif regionlarındakı 1700-dən çox uşağı əhatə edib.

Məqsəd onlara sevinc bəxş etmək, eləcə də onların hərtərəfli inkişafına dəstək olmaqdır.

Qeyd edək ki, layihə çərçivəsində Tərtər Rayon İcra Hakimiyyətinin və “YAŞAT” fondunun əməkdaşları tərəfindən Tərtərdən olan 17 şəhid ailəsinin 28 nəfər övladına hədiyələr çatdırılıb. 

Keçidlər