YAP Tərtər Rayon Təşkilatının yaradılmasının 29-cu ildönümünə həsr edilmiş ümumrayon tədbiri keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının birgə təşkilatçılığı ilə YAP Tərtər Rayon Təşkilatının yaradılmasının 29-cu ildönümünə həsr edilmiş ümumrayon tədbiri keçirilib.
Tədbir iştirakçıları öncə mərkəzi meydanda Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir rayon icra hakimiyyətinin akt zalında davam etdirilib.
Tədbirdə idarə, müəssisə, təşkilat rəhbərləri, rayon Ağsaqqallar Şurasının sədri, ziyalılar, YAP fəalları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbir iştirakçıları birlikdə Dövlət himnini oxuyublar.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbiri açaraq Yeni Azərbaycan Partiyasının Tərtər Rayon Təşkilatının üzvlərini təbrik edib, onlara fəaliyyətlərində uğurlar diləyib. İcra başçısı YAP-ın yaradılmasından, Umummilli liderin dövlətimizin qorunub saxlanılması və daha da qüdrətlənməsi istiqamətində gördüyü işlərdən, Ulu Öndərin siyasi kursunun ən layiqli davamçısı respublika Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətindən söhbət açıb.
Sonra YAP rayon təşkilatının sədri Eldar Əsədov məruzə ilə çıxış edib. Qeyd olunub ki, YAP Tərtər rayon təşkilatı 1993-cü il 25 iyul tarixdə yaradılıb və 29 illik fəaliyyəti dövründə Ümummilli liderin siyasətinə sadiq qalıb. Məruzəçi YAP-ın yaradılma tarixindən, onun keçdiyi keçməkeşli fəaliyyət yolundan, ötən illər ərzində Yeni Azərbaycan Partiyasının Cənubi Qafqazın ən böyük siyasi təşkilatına çevrildiyindən danışıb.
Qeyd olunub ki, YAP Tərtər rayon təşkilatı yarandığı vaxt özündə 23 ilk ərazi partiya təşkilatını birləşdirib, cəmi 375 nəfər üzvü olub. Bu gün isə rayon təşkilatının 78 ərazi partiya təşkilatı özündə 6802 nəfər üzvü birləşdirir. Partiya üzvlərinin 55 faizi qadınlar, 45 faizi kişilər, 1151 nəfəri isə gənclərdir. 2022-ci ilin 6 ayı ərzində 122 nəfər YAP sıralarına qəbul olunub ki, onların da 80 nəfəri gənclərdir.
Sonra məruzə ətrafında çıxışlar olub. Tərtər şəhər İƏD üzrə nümayəndə Sahib Həsənov, Qapanlı kənd tam orta məktəbinin direktoru Fitat Əliyeva, Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, Hüsənli kənd İƏD üzrə nümayəndə Gülüstan Əhmədova, Mədəniyyət ərazi partiya təşkilatının sədri Reyhan İsmayılova, Partiya veteranları Kərrar Bayramov, Zakir Bağırov, Məhəbbət Məmmədov çıxış edərək öz ürək sözlərini bildiriblər.
Tədbirdə bir qrup partiya üzvü rayon icra hakimiyyəti və YAP rayon təşkilatı tərəfindən fəxri fərmanla təltif olunub.