Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Tərtər rayon təşkilatında Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı tədbir keçirilib

26 fevral 2024 | 18:29

Fevralın 26-da YAP Tərtər rayon təşkilatında Xocalı soyqırımının 32- ci ildönümündə “Xocalıya ədalət!” adlı tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları tərəfindən Xocalı soyqırımının qurbanları və Azərbaycanımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev Xocalı soyqırımında ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşilikdən danışıb. Qeyd edilib ki, erməni terrorçularının xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırım siyasəti nəticəsində törətdikləri qanlı cinayətlər, qətliamlar arasında Xocalı faciəsi xüsusi amansızlığına görə seçilir. Xocalı soyqırımı zamanı 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı insan olmaqla, 613 nəfər qətlə yetirilib, 1275 sakin girov götürülüb, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün dövlət tərəfindən ardıcıl fəaliyyət göstərilib. Biz Xocalı faciəsini bütün dünyaya soyqırımı aktı kimi tanıtdırmalıyıq. Dünya Xocalı soyqırımını tanımalıdır. Bu gün dövlət tərəfindən bu istiqamətdə işlər görülür. Həmçinin biz bir xalq, dövlət olaraq Prezident İlham Əliyevin ətrafında birləşməliyik. Hər il olduğu kimi bu il də Azərbaycanın bütün regionlarında və xarici ölkələrdə Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilir, bu qanlı terror aktı nəticəsində həyatını itirmiş insanların xatirəsi yad edilir - deyə sədr müavini Azər Ağayev qeyd edib.

Digər çıxış edənlər Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri, erməni millətçilərinin xalqımıza qarşı iki yüz il ərzində apardığı etnik düşmənçiliyin növbəti mərhələsi olduğunu diqqətə çatdırdılar . Çıxışlarda vurğulanmışdır ki, soyqırımı qurbanlarının xatirəsi xalqımız tərəfindən daim əziz tutulacaqdır.

Keçidlər