Xüsusi həssas əhali qruplarının saglam qidalanmasının təmin edilməsilə baglı tədbir keçirilib
19 noyabr 2025 | 15:06
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.5. bəndinin “Xüsusi həssas əhali qruplarının(uşaqlar,hamilə qadınlar vəs) sağlam qidalanmasının təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi” ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları "Tərtər Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs"in bir qrup həkim və orta tibb heyəti ilə birlikdə sağlam qidalanmanın təmin edilməsi istiqamətində tabeli məntəqələrdə və doğum evində hamilə qadınlarla görüşlər keçirərək, onlarla maarifləndirici tibbi söhbətlər aparılmış və tibbi məsləhətlər verilmişdir.






