Şriftin ölçüsü :

Saytın rəngi :

📢 Vətəndaşların diqqətinə!

22 iyun 2026 | 16:07

"Azəriqaz" İB-dən verilən məlumata görə, Tərtər Regional Qaz İstismarı İdarəsinin xidməti ərazisində təmir işlərinin aparılması ilə əlaqədar olaraq 23 iyun 2026-cı il tarixində saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri müddətində "Tərtər-2" qazpaylayıcı stansiyasından qidalanan abonentlərə qazın verilişində müvəqqəti fasilə yaranacaq.

Qaz təchizatının dayandırılması ümumilikdə 25 kənddə yaşayan 11 329 abonenti əhatə edəcək.

Təmir işləri başa çatdıqdan sonra abonentlərin qaz təchizatı mərhələli şəkildə bərpa olunacaq.

Keçidlər