Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi tarixinin Tərtər səhifəsi

16 oktyabr 2023 | 11:59

Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat kollektivləri və umumtəhsil  məktəblərinin şagirdləri  şəhərin Elman Hüseynov küçəsində 44 günlük Vətən müharibəsində erməni separatçıları tərəfindən atılan “Smerç” raketi nəticəsində dagılmış açıq havada fəaliyyət göstərən ev muzeyinə ekskursiya edib, muzeyin həyətində mülki şəhidlərin şəkillərindən ibarət yaradılmış fotoguşəni ziyarət edərək önünə gül-çiçək dəstələri düzüblər.

Ekskursiyanın məqsədi 44 günlük Vətən müharibəsində Tərtər rayonunda dinc əhaliyə qarşı aparılan terror hadisələrini ictimaiyyətin diqqətinə çatdırmaq, bu terror nəticəsində şəhid olanların əziz xatirəsini yad etməkdən ibarət olub.

Tərtər rayonunda 15 oktyabr 2020-ci il tarixdə  Ermənistan Silahlı Qüvvələrinin atdığı raket nəticəsində şəhər qəbristanlığında  dəfn mərasimində iştirak edən 4 nəfər mülki vətəndaş şəhid olub, 4 nəfər yaralanıb. Bu insanlığa sığmayan terror hadisəsindən  artıq üç il ötür.

Tədbirdə yüzlərlə  sakin iştirak edib.

Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev tədbir iştirakçılarına erməni terrorçularının törətdikləri terror hadisələrində həlak olan  mülki şəhidlər barədə məlumat verib, döyüş cəbhəsində məğlubiyyətə uğrayan erməni terrorçularının yaşayış məntəqələrimizi, hətta şəhər qəbristanlığını atəşə tutduqlarını, bunun nəticəsində rayonumuzun 16 mülki  şəhid verdiyini, 63 nəfərin yaralandığını vurğulayıb, erməni vandalizmindən söhbət açıb.

Keçidlər