Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidləri Mənsimli İntiqam və Quluzadə Elminin şəhadətə qovuşmasının 6-cı ildönümü münasibətilə məzarları ziyarət olunub

17 oktyabr 2026 | 16:38

Tərtər Rayon İcra Hakimiyyətinin və rayon Polis Şöbəsinin təşkilatçılığı ilə İsmayılbəyli kəndində Vətən Müharibəsi şəhidləri Mənsimli İntiqam Rövşən oğlunun və Quluzadə Elmin Şəmsi oğlunun şəhadətə qovuşmasının 6-cı ildönümü münasibətilə məzarları ziyarət olunub.

Ziyarətdə Tərtər Rayon İcra Hakimiyyətinin, rayon Polis Şöbəsinin, İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin əməkdaşları, şəhidin yaxınları, ailə üzvləri və kənd sakinləri iştirak ediblər.

Tədbir iştirakçıları şəhidlərin məzarları önünə tər gül dəstələri düzüb, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhuna dualar oxuyublar.

Mərasimdə şəhidlərin keçdiyi şərəfli döyüş yoluna nəzər salınıb, Vətən Müharibəsində göstərdiyi şücaətdən bəhs edilib və unudulmaz qəhrəmanlarımızın xatirəsinin hər zaman uca tutulacağı vurğulanıb.

 

Keçidlər