Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Mirzəli Rəşad Hafiz oğlunun adı sinif otağına verilib

19 may 2023 | 12:03

Tərtər rayonunda torpaqlarımızın azadlığı uğurunda qəhrəmancasına şəhid olanların xatirəsi ehtiramla yad olunur, onların adlarının əbədiləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu istiqamətdə aparılan işlərin davamı olaraq şəhid Elnur Muradov adına Tərtər rayon Hacıqərvənd kənd tam orta məktəbində sinif otaqlarından birinə Vətən müharibəsi şəhidi Rəşad Mirzəlinin adı verilib. Şəhidin adını daşıyan sinif otağının qapısı üzərində şəhidin adı yazılmış lövhə yerləşdirilib, sinif otağında həyat və döyüş fəaliyyətini əks etdirən guşə yaradılıb.

Bununla əlaqədar məktəbdə şəhidin xatirəsinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər, veteranlar, Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, Tərtər rayon Təhsil Sektorunun müdiri Oqtay Sarıkişiyev, məktəbin kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə şəhidin həyat və döyüş yoluna nəzər salınıb. Məktəblilərin ifasında şəhidlərə, vətənə həsr olunmuş şeirlər səsləndirilib.

Tədbirdə iştirak edən şəhid ailələri, qazilər, veteranlar şəhid adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər