Vətən Müharibəsi şəhidi Mehdi Məmmədovun şəhadətə qovuşmasının 6-cı ildönümü münasibətilə məzarı ziyarət olunub
Tərtər Rayon İcra Hakimiyyətinin və rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Hacallı kəndində Vətən Müharibəsi şəhidi Məmmədov Mehdi Elçin oğlunun şəhadətə qovuşmasının 6-cı ildönümü münasibətilə məzarı ziyarət olunub.
Ziyarətdə Tərtər Rayon İcra Hakimiyyətinin, rayon Polis Şöbəsinin, İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin əməkdaşları, şəhidin yaxınları, ailə üzvləri və kənd sakinləri iştirak ediblər.
Tədbir iştirakçıları şəhidin məzarı önünə tər gül dəstələri düzüb, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhuna dualar oxuyublar.
Mərasimdə şəhid Mehdi Məmmədovun keçdiyi şərəfli döyüş yoluna nəzər salınıb, Vətən Müharibəsində göstərdiyi şücaətdən bəhs edilib və unudulmaz qəhrəmanlarımızın xatirəsinin hər zaman uca tutulacağı vurğulanıb.






