Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Eşqin Hüseynovun şəhadətə qovuşmasının 6-cı ildönümü münasibətilə məzarı ziyarət olunub

29 sentyabr 2026 | 12:17

Tərtər Rayon İcra Hakimiyyətinin və rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Hüsənli kəndində Vətən Müharibəsi şəhidi Hüseynov Eşqin Cəsarət oğlunun şəhadətə qovuşmasının 6-cı ildönümü münasibətilə məzarı ziyarət olunub.

Ziyarətdə Tərtər Rayon İcra Hakimiyyətinin, rayon Polis Şöbəsinin, İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin əməkdaşları, şəhidin yaxınları, ailə üzvləri və kənd sakinləri iştirak ediblər.

Tədbir iştirakçıları şəhidin məzarı önünə tər gül dəstələri düzüb, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhuna dualar oxuyublar.

Mərasimdə şəhid Eşqin Hüseynovun keçdiyi şərəfli döyüş yoluna nəzər salınıb, Vətən Müharibəsində göstərdiyi şücaətdən bəhs edilib və unudulmaz qəhrəmanlarımızın xatirəsinin hər zaman uca tutulacağı vurğulanıb.

Keçidlər