Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Cahangir Surxayzadənin beşinci ildönümü ilə əlaqədar məzarı və ailəsi ziyarət edilib

10 noyabr 2025 | 16:20

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri, Şuşa istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuş Surxayzadə Cahangir Hətəm oğlunun beçinci ildönümü ilə əlaqədar şəhidin ailə üzvləri ilə bərabər Tərtər rayon Polis Şöbəsinin rəisi Rüfət Məmmədov, Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, rayon polis şöbəsinin əməkdaşları, şəhid ailələri, qazilər şəhidin məzarını və ailəsini ziyarət ediblər. Şəhidin əziz xatirəsi ehtiramla yad olunub.

Qeyd edək ki, Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri Surxayzadə Cahangir Hətəm oğlu 1996-cı il iyulun 9-da Tərtər rayonunun Qaynaq kəndində anadan olub. Noyabrın 7-də Şuşa istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Noyabr ayının 10-da Tərtər rayonunun Qaynaq kənd qəbristanlığında dəfn olunub.

Şəhid Surxayzadə Cahangir 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Şəhidin ailə üzvləri şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər