Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Anar Hüseynovun qardaşının toy məclisi keçirilib

13 mart 2023 | 09:56

Bakı şəhərində keçirilən toy məclisində şəhidin ailə üzvləri ilə bərabər Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, Milli Məclisin  deputatı Sahib Alıyev,  şəhid ailələri, qazilər, veteranlar iştirak ediblər.

Məclis Azərbaycanın Dövlət himni ilə başlayıb, sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tərtər Rayon İcra Hakimiyyətinin başcısı Müstəqim Məmmədov ailə həyatı quran bəy və gəlinin valideyinlərinə gözaydınlığı verib, çütlüyə xoşbəxtlik, möhkəm ailə səadəti və can sağlığı arzu edib. Rayon rəhbəri dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid və qazi ailələrinin yanında olduqlarını, onların problemlərinə diqqət və qayğı ilə yanaşdıqlarını və möhtərəm Prezidentin bütün dövlət qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyini vurğulayıb. Şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən olduğunu qeyd edib. Bildirib ki, şəhidlərimizin canı, qazilərimizin qanı hesabına əldə etdiyimiz Zəfərə görə onlara borcluyuq: “İstər şəhid ailələrinin, istərsə də qazilərimizin daim yanındayıq, onların sevincinə şərik olub, kədərlərinə üzülürük.”

Qeyd edək ki, Anar Huseynov 1997-ci ilin yanvar ayının 9-da Tərtər şəhərində anadan olub. Qəhrəman döyüşçü 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Sentyabrın 30-da Ağdərə döyüşləri zamanı şəhid olub. Bərdə şəhərində Şəhidlər Xiyabanında dəfn olunub.

44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhidin ailə üzvləri Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlqılarını bildiriblər.

Keçidlər