Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin oğlu Əli Əlizadə bayraqqaldırma mərasimində yer alıb.
17 may 2026 | 12:27
Mayın 17-də Bakı Olimpiya Stadionunda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılışı zamanı Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin oğlu Əli Əlizadə bayraqqaldırma mərasimində yer alıb.
Keçirilən tədbirdə şəhidimizin övladının iştirakı qəhrəmanımızın əziz xatirəsinə ehtiramın, vətən sevgisinin və milli ruhun gələcək nəsillərdə yaşadılmasının bariz nümunəsidir.
Bu münasibətlə şəhidimizin övladını və ailə üzvlərini təbrik edir, ona bütün həyat yolunda daima uğur və müvəffəqiyyətlər arzu edirik.






