Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi qazisinin müraciəti təmin olundu

21 may 2026 | 10:46

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının keçirdiyi qəbul zamanı Vətən müharibəsinin II qrup əlili Müzəffərli Ümüd Qəzənfər oğlu müraciət edərək həyətinin yolunun yararsız vəziyyətdə olduğunu, yağışlı havalarda hərəkətin çətinləşdiyini bildirərək həyətinə 1 kamaz şebel tökülməsinə köməklik göstərilməsini xahiş edib.

Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Qaraağacı bələdiyyəsi tərəfindən Vətən müharibəsi əlilinin həyətinə 1 kamaz şebel verilmişdir.

Vətən müharibəsinin əlili ona göstərilən diqqət və qayğıya, problemlərinin tez bir zamanda həllinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər